PDF Oxu

Siyasət

  • 1 002

"Xocalı sakinləri qalib xalqın nümayəndəsi kimi qürurlu şəkildə öz yurdlarına geri dönürlər" - ŞƏRH EDİLDİ

image

"Ermənistanın 1988-ci ildən açıq müstəviyə keçən Azərbaycana qarşı ərazi iddiaları nəticəsində formalaşan keçmiş Dağlıq Qarabağ münaqişəsi dövrünün ən faciəli, tarixdə yayı-bərabəri olmayan qanlı hadisələrindən biri də təbii ki, Xocalıda baş vermiş soyqırımı olub. Xocalı faciəsi bütövlükdə dünyada bir dövlətin digərinə qarşı XX əsrdə etnik təmizləmə siyasəti zəminində törətdiyi ən dəhşətli soyqırımlarından biridir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Elmir Səftərov deyib.Onun sözlərinə görə, Ermənistan hərbi-siyasi rəhbərliyinin uzunmüddətli planlarının tərkib hissəsi olan bu faciədə ümumilikdə Xocalı şəhərinin 5379 nəfər sakini zorakılıqla qovuldu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürüldü.Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı, şücaəti ilə əldə edilən Vətən müharibəsi və antiterror zəfərləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Beləliklə, 1992-ci ildən bəri Xocalı soyqırımının mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində yaşadan, həyatında daşıyan xocalı sakinləri artıq qalib xalqın nümayəndəsi kimi qürurlu şəkildə öz yurdlarına geri dönürlər. Tarixi ədalətin bərpa olunması nəticəsində, həmçinin bu gün bütün şəhidlərimizin ruhları şaddır. Uzun illər ərzində ağrı-acı ilə yad etdiyimiz Xocalı faciəsi, artıq Azərbaycan xalqının sarsılmaz birliyinin, vətəndaş həmrəyliyinin simvoluna çevrilib.Azərbaycanın işğaldan azad olunmuş bütün əraziləri kimi, Xocalı şəhəri də gündən-günə dirçəlir. Bir zamanlar yurdlarından didərgin düşən Xocalı sakinlərinin də artıq doğma şəhərlərinə qayıtmaları üçün geniş bərpa-quruculuq işləri həyata keçirilir. Bu gün Xocalı azad olsa da, faciənin mahiyyətini, orada olanları illər, əsrlər keçsə də gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının mənəvi borcudur".

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər