Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Xocalı soyqırımının qurbanlarını yad edib.
SİA xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin sosial media hesabında paylaşım edilib.
"Xocalıda baş verən dəhşətli hadisələrdə həlak olan günahsız insanların - qadınların, kişilərin, uşaqların və qocaların xatirəsini ehtiramla yad edərək kədərlənirik. Bu faciədə öz yaxınlarını, dostlarını və evlərini itirənlərə dərin hüznlə başsağlığı verirəm. Bu cür faciənin bir daha təkrarlanmaması üçün barışıq və davamlı sülh naminə çalışmaq bizim kollektiv borcumuzdur", - səfir qeyd edib.