YAP Göygöl rayon təşkilatı üzrə «Musiqi məktəbi» ərazi partiya təşkilatında «Xocalıda tarixi ədalət bərpa olundu» mövzusunda tədbir keçirib.
YAP Göygöl rayon təşkilatı Aparatının məsləhətçisi Semur Əsgərov tədbiri açıq elan etmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Sonra Ümummilli Lider Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra Xocalı soyqırımı zamanı ermənilərin törətdiyi vəhşilikləri əks etdirən videoçarx nümayiş etdirilmişdir. Filmin nümaişindən sonra YAP Göygöl rayon təşkilatının əməkdaşı Semur Əsgərov mövzu ilə əlaqədar geniş məruzə etmişdir. Məruzədə qeyd edilmişdir ki, tarix boyu azərbaycanlılara qarşı ən qatı cinayətlər həyata keçirməkdən çəkinməyən ermənilər XX əsrin sonlarında bütün bəşəriyyətə və insanlığa ləkə olan növbəti cinayəti - Xocalı qətliamını həyata keçirdilər. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmiş, şəhər dörd tərəfdən mühasirəyə alınmış, sonra isə artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəşlər açılmış, az bir vaxtda şəhər tamamilə alova bürünmüşdür.Həmin gecə cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı sakinlərindən 613 nəfər öldürülmüş, 487 nəfər yaralanmış, 1275 nəfər dinc sakin-qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil.Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlandı. 1994-cü ilin fevralında isə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir.
Məruzə ətrafında ərazi partiya təşkilatının sədri Nuranə Quliyeva, partiya fəalı Əminə Məmmədova çıxış edərək ermənilərin Xocalıda həyata keçirdiyi soyqırım barədə öz fikirlərini söylədilər.Azərbaycan Ordusunun 2020-2023-cü illərdə apardığı əməliyyatlar zamanı bir çox Xocalı cəlladının məhv edildiyini, ədalətin öz yerini tapdığını, ən əsası, Xocalı şəhərinin azad edilərək 31 illik işğaldan sonra yenidən Azərbaycana qovuşduğunu, bununlada Xocalı şəhidlərinin qisası alındığını diqqətə çatdırıldı. Həmçinin, Xocalı cəlladlarının öz laiqli cavablarını almasında, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusunun və Azərbaycan Xalqının həmrəyliyi və ədalətin təntənəsi, qələbənin mühüm tərkib hissəsi olmuşdur.
Tədbirin yekun leytmotivi ondan ibarət oldu ki, bu gün Xocalı soyqırımının 33-cü ildönümündə bütün Azərbaycan ərazilərində, o cümlədən hər bir azərbaycanlının mənəvi zərbə və sağalmaz yarası olan Xocalı şəhərində üçrəngli bayrağımız dalğalanır.