PDF Oxu

Siyasət

  • 1 263

Daşkəsəndə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

image

Daşkəsən rayonunda Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının, o cümlədən Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda erməni qəsbkarlarının azərbaycanlılara qarşı əsrlər boyu həyata keçirdiyi etnik təmizləmə siyasətindən, o cümlədən Xocalı soyqırımının ağır nəticələrindən bəhs edilib. Erməni işğalçı qüvvələrinin Xocalıda törətdikləri kütləvi qırğının sülh və insanlıq əleyhinə yönələn əməl olduğu və ən ağır beynəlxalq cinayət sayıldığı qeyd olunub, soyqırımı aktına ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyi vurğulanıb. Xatırladılıb ki, 1994-cü ildə Xocalı soyqırımı ilə əlaqədar Ulu Öndər Heydər Əliyev xüsusi Fərman imzalayıb və onun təşəbbüsü ilə Milli Məclis tərəfindən “26 fevral - Xocalı soyqırımı günü haqqında” qərarı qəbul edilib.
Diqqətə çatdırılıb ki, amansız soyqırımı qurbanlarının xatirəsi xalqımız tərəfindən heç zaman unudulmur, bu bəşəri cinayət barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən məqsədyönlü tədbirlər görülür. Heydər Əliyev Fondunun Xocalı faciəsinin tanıdılması və faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi sahəsində apardığı işlər ildən-ilə daha da genişlənir. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır.
Həmçinin bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə 44 günlük Vətən müharibəsində misilsiz igidlik, şucaət və rəşadət göstərən qəhrəman Ordumuz Xocalı soyqırımı qurbanlarının da qisasını döyüş meydanlarında aldı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.

Digər xəbərlər