Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) şəxsi heyəti Hərbi Prokurorluğun Memorial Soyqırımı Muzeyini ziyarət edib. SİA xəbər verir ki XRİTDX-nin əməkdaşları burada təqdim olunmuş xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət zəngin kitab fondu, Xocalı, Qaradağlı faciələri barədə sənədlər, erməni vəhşiliyini qurbanları, yerli əhalinin şəxsi əşyaları, sənədləri və fotoları ilə tanış olublar.Daha sonra ziyarətçilərə “Əsrin faciəsi” adlı sənədli film nümayiş etdirilib.Bununla yanaşı XRİTDX-nin inzibati binasında da Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib.
...Xocalı soyqırımının ildönümü ilə bağlı