PDF Oxu

Siyasət

  • 2 498

Azərbaycan Pakistan əlaqələri yeni müstəvidə inkişaf edir ŞƏRH

Azərbaycan Pakistan əlaqələri yeni müstəvidə inkişaf edir ŞƏRH

Azərbaycan Pakistan əlaqələri iki xalqın maraqlarına uyğun olaraq inkişaf edir. Məhz Pakistan İkinci Qarabağ müharibəsində Azərbaycanla həmrəylik nümayiş etdirmişdir. Həmin günlər Türkiyədən sonra Azərbaycana mənəvi dəstəyini əsirgəməyən ikinci ölkə Pakistan oldu. 2020-ci ilin oktyabr ayında Pakistan Milli Assambleyası Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində Ermənistanın təcavüzünü pisləyən qətnaməni yekdilliklə qəbul etmişdir. Pakistan Senatında Kabinet Katibliyi üzrə daimi komitə tərəfindən Azərbaycana qarşı Ermənistanın təcavüzünü pisləyən və ölkəmizə dəstək ifadə edən qətnamə yekdilliklə qəbul edilmişdir. Fevralın 24-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə dövlət səfəri ikitərəfli əlaqələrin inkişafına əhəmiyyətli töhfəsi olacaq. Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşdə bildirib ki, səfər ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcək: “Beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməkdə davam edəcəyik. Bu gün çox geniş iqtisadi gündəliyi razılaşdırdıq və iqtisadi əməkdaşlığımıza, eləcə də sərmayə imkanlarına aid praktiki layihələri müzakirə etdik. Azərbaycanın Pakistana sərmayələri ilə bağlı imzalanacaq sənədlərin bir ay ərzində hazırlanması məqsədilə artıq öz heyətlərimizə fəal çalışmaq təlimatlarını verdik. Pakistana dövlət səfərim zamanı rəsmən bəyan etdim ki, Azərbaycan Pakistanda müxtəlif layihələrə minimum 2 milyard dollar sərmayə yatırmağa hazırdır.fevralın 24-də Bakıda Azərbaycanla Pakistan arasında 10-dan artıq sənəd imzalanıb. Bu sənədlər iki ölkə arasında gələcək əməkdaşlıq yeni-yeni müstəvilər açacaq. Cənab Prezident bu imzalanmış razılaşmaların yalnız indicə gördüyümüz mərasimlə məhdudlaşmadığını vurğulayıb: “Bir çox sazişlər digər auditoriyalarda artıq imzalanmışdır. Beləliklə, cənab Baş nazirin səfəri zamanı imzalanmış sazişlərin ümumi sayı 10-dan artıqdır. Bir sözlə, onlar gələcək əməkdaşlıq üçün yaxşı bünövrə yaradacaq. Sərmayə planlarımız əsasında, əminəm ki, ticari dövriyyəmizin artımını da görəcəyik”. Bu sahədə dəmir yolu və avtomobil yollarının tikintisi, limanların və hava limanlarının inkişafı, eləcə də lojistika və nəqliyyat sahələrində əməkdaşlıq nəzərdə tutulur. Bu cür layihələr, Azərbaycan və Pakistan arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına və iqtisadi inteqrasiyanın dərinləşməsinə yardım edəcək. Energetika sahəsində də hər iki ölkə arasında işbirliyi artırılacaq. Azərbaycanın təbii qaz və neft sahəsindəki təcrübəsi, həmçinin Pakistandakı enerji ehtiyaclarını qarşılama potensialı bu sahədə əməkdaşlıq üçün əlverişli şərait yaradır. Burada təbii qaz, bərpa olunan enerji mənbələri, enerji effektivliyi və elektrik enerjisinin ticarəti sahələrində layihələr mümkündür.Elə həmin gün keçirilən Azərbaycan-Pakistan biznes-forumunda çıxışında Prezident İlham Əliyev digər sahələrdə də çox böyük potensial gördüyünü deyib: Bunun üçün çox böyük əsas var. O da bizim iki ölkə arasında olan qardaşlıq və qarşılıqlı siyasi iradədir. Bunun nəticəsində biz işgüzar əlaqələrimizi də siyasi səviyyəyə bərabər inkişaf etdirə bilərik. Bir daha, əziz qardaşım, Azərbaycana səfər etdiyinizə görə Sizə təşəkkür edirəm. Təşəkkür edirəm ki, Sizi biznesmenlərdən ibarət çox böyük nümayəndə heyəti müşayiət edir. Xüsusi olaraq qeyd etməliyik ki, iki dövlət arasında münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyev böyük xidmətlər göstərib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər iki dövlət başçısının qarşılıqlı səfərləri isə Azərbaycanla Pakistan arasında münasibətlərin inkişafına əlavə stimul verir. Məhz bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin iyul ayının 11-də Pakistana rəsmi səfəri və səfər çərçivəsində keçirilmiş görüşlər, imzalanmış sənədlər iki dövlət arasında əlaqələrin dərinləşməsinə və yeni mərhələyə qədəm qoymasına mühüm töhfə verdi. Hazırda Azərbaycanla Pakistan arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir. Pakistan hər zaman Azərbaycanın haqlı mövqeyini bütün platformalarda güclü şəkildə dəstəkləyib. Azərbaycan dövləti də bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyirlər. İki dost dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və farmakoloji preparatlar, xüsusilə bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması və digər sahələrdə əməkdaşlıq edirlər.

Nicat İsmayılov

YAP Yasamal rayonu "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər