PDF Oxu

Siyasət

  • 1 162

Ağcabədidə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Ağcabədidə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Ağcabədi rayon Qəhrəmanlar parkında Xocalı soyqrımının 33-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Mərasimdə Ağcabədi rayon İcra Hakimiyyətinin, YAP Ağcabədi rayon təşkilatınının və Hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, hərbçilər, müəssisə və təşkilatların əməkdaşları, YAP fəalları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə Xocalı şəhidlərinin, eləcə də, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların xatirələri yad edilib, ruhlarına dualar oxunub.

Tədbir iştirakçıları Xocalı soyqırımı abidəsini, eləcə də şəhidlərin məzarını ziyarət edərək, abidə önünə tər çiçəklər düzüblər.

Digər xəbərlər