Gündəmdə qala bilmək Əli Kərimlinin əsas məqsədlərindən biridir. Adam hüzn günlərində belə ucuz siyasi şoularından əl çəkə bilmir. Nə qədər tükənmiş, nə qədər cılız olasan ki, xalqın hüzn günlərində belə yaramazlıqlara əl atasan?!
Bu il 20 yanvar Ümumxalq Hüzn Günü Şəhidlər xiyabanına ziyarət adı ilə gedərkən Əli Kərimli və dəstəsinin yol boyu deyə-gülə hərəkət etdikləri, özlərinin çəkib paylaşdıqları videolardan görünürdü. Bu hərəkətləri xalqda çox böyük qıcıq yaratmışdı və iç-üzləri ortaya çıxmışdı.
26 fevral Xocalı soyqırımının ildönümü ilə bağlı “Ana harayı” abidəsinə gül qoymaq adı ilə yola çıxan Əli Kərimli bu dəfə tərkibdə dəyişiklik eləmişdi. Keçən dəfə onu güldürənləri dəstəyə salmamışdı. Özü də çatmaqaş sifət alımış, öz aləmində qəmgin ruhda "Ana Harayı" abidəsinə doğru gəlirdi. Özlərinin yayımladığı 25 dəqiqəlik videoçəkilişdən bunu görmək mümkündür. Ancaq bu dəfə də Əli Kərimli özünü saxlaya bilmədi. Eyni ilə məşhur “Tülkü həccə gedir” cizgi filmində olduğu kimi. Bu dəfə gülmədi, sadəcə hər kəsi özünə güldürdü. Yalan danışmaqla! Özü də ağ yalan!
Deməli, 25 dəqiqəlik videoçəkilişdə heç bir müdaxilənin görüntülənmədiyi halda Əli Kərimli deyir ki, bizə qarşı maneə törədilir, ay kimsə aralığa girdi, yolumuzu kəsdilər və sair və ilaxır. Videoçəkiliş özlərinə məxsusdur. Əli Kərimlinin dediyi kimi, əgər belə bir maneə varsa, bəs, niyə görüntülərə düşmür? Belə bir hal ola, Təzəxan, Fatimə, Gülnarə və başqaları bunu çəkib paylaşmaya? Deməli, Əli Kərimli utanmadan ağ yalan danışır. Öz aləmində Xocalı soyqırımı haqqında fikir bildirir, ancaq dedikləri ondan ibarətdir ki, bizə imkan vermirlər, belə maneə törətdilər, elə yolu bağladılar. Bir anlıq düşünürsən ki, Əli Kərimli ilə qətliamı törədənlər arasında nə fərq oldu? Bir halda ki, Əli Kərimli Xocalı soyqırımı günü belə ucuz, uydurma şoular çıxarır. Bu kimi hərəkətlərin bir adı var, düşmən əlinə oynamaq. Şəhidlərimizi, Soyqırım qurbanlarını hörmətdən salmaq. Bu kimi hallar kimə sərf edir? Əlbəttə ki, düşmənə! Əli Kərimli də bu yaramazlıqları məhz məmnuniyyətlə edir. Bu yaramazlıqlara görə utanmaq lazımdır! Utanın, “bəy”lər!
Anar Şahmurad
İctimai-siyasi fəal