PDF Oxu

Siyasət

  • 753

Azərbaycan və Pakistan arasında mövcud olan strateji əməkdaşlıq qardaşlıq prinsiplərinə əsaslanır

image

Azərbaycan və Pakistan arasında ikitərəfli münasibətlər tarixi dostluq və qardaşlıq əlaqələrinə əsaslanır. Pakistan ölkəmizin müstəqilliyini tanıyan, onunla diplomatik əlaqələr yaradan və Azərbaycanda səfirliyini açan ilk müsəlman dövlətlərindən biri olub. Həmçinin, Pakistan ölkəmizin mənafeyini bütün beynəlxalq təşkilatlarda ardıcıl şəkildə müdafiə edib, Ermənistanın təcavüzünə birmənalı münasibət bildirib. Xüsusilə Qarabağ məsələsində Bakıya ardıcıl və prinsipial dəstək verib. Bu dostluq və qardaşlıq əlaqələri siyasi, iqtisadi və hərbi sahələrdə daha da güclənməkdədir.

Müstəqilliyimiz dövründə Azərbaycan–Pakistan əməkdaşlığı daha da möhkəmlənib. Belə ki, ulu öndər Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın o zamanki Baş naziri Benazir Bhutto ilə görüşündən sonra hər iki ölkə arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. 1995-ci ilin oktyabrnda Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Bakıda rəsmi səfərdə olub, bundan 1 il sonra aprel ayında isə ümummilli lider Heydər Əliyev dost ölkəyə səfər edib. Səfərlər zamanı ölkələr arasında dostluq və əməkdaşlıq haqqında müqavilə, habelə iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmək üçün bir neçə saziş imzalanıb. 1997-ci ildə isə Azərbaycan Pakistanda öz səfirliyini açıb və rəsmi İslamabad ilə münasibətləri daha da genişləndirib.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan–Pakistan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və müasir inkişaf mərhələsinə qədəm qoyub. Pakistan, Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyən ölkələrdən biridir. Azərbaycan və Pakistan arasında ikitərəfli münasibətlər tarixi dostluq və qardaşlıq əlaqələrinə əsaslanır. Xüsusilə, 44 günlük Vətən müharibəsi zamanı Pakistan rəsmi şəkildə Azərbaycanın haqq işinə dəstək verib. Eyni zamanda Azərbaycan da öz növbəsində Kəşmir məsələsində Pakistana dəstəyini ifadə edir və son illərdə iqtisadi-ticarət əlaqələri genişlənib.

Son dövrlər ərzində Azərbaycan-Pakistan dövlət və hökumət başçılarının, parlament rəhbərlərinin qarşılıqlı rəsmi və işgüzar səfərləri zamanı imzalanan sənədlər çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulması üçün lazımi hüquqi baza yaradıb. Belə ki, ölkələrimiz arasında mövcud olan strateji əməkdaşlıq uzun illərə söykənən dostluq və qardaşlıq prinsiplərinə əsaslanıb. Tarix boyu bir-birinə dəstək nümayiş etdirən hər iki ölkə beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürüdüb. Onu da qeyd edək ki, uzun illər boyu bu qarşılıqlı münasibətlər siyasi, iqtisadi, hərbi, mədəni-humanitar və digər sahələrdə, parlamentlər səviyyəsində inkişaf edərək daha da dərinləşib.

2024-cü il tarixində Bakıda təşkil olunan beynəlxalq iqlim sammiti - COP29 çərçivəsində Prezident İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən görüşdə ikitərəfli əlaqələrin inkişafı və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Azərbaycan-Pakistan tərəfləri qarşılıqlı səfərlərin intensivləşməsini və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsini vurğulayıb. Eyni zamanda, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığının önəmi qeyd edilib.

Prezident İlham Əliyev ilə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında 2025-ci il 24 fevral tarixində Bakıda keçirilən görüş zamanı, beynəlxalq münasibətlərə dair mövqelərimizin və baxışlarımızın tam üst-üstə düşdüyü vurğulanıb. Həmçinin, ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə bir sıra sənədlər imzalanıb. Bu sənədlər arasında iqtisadiyyat, ticarət, enerji, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair razılaşmalar yer alır. Bundan əlavə, Bakıda hər iki ölkə arasında biznes forumu keçirilib ki, bu da iqtisadi əlaqələrin inkişafına töhfə verəcək.

Azərbaycan və Pakistan arasında mövcud olan strateji əməkdaşlıq uzun illərə söykənən dostluq və qardaşlıq prinsiplərinə əsaslanır və bu əlaqələr müxtəlif sahələrdə daha da möhkəmlənməkdədir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər