"Asiya Parlament Asambleyasının (APA) Bakı Bəyannaməsinin bir bəndində Ermənistandan qovulmuş azərbaycanlıların ata-baba yurdundan qovulması, onların hüquqlarının təmin edilməsi ilə bağlı çağırış öz əksini tapıb". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında sədr Sahibə Qafarova deyib.Onun sözlərinə görə, APA-nın Bakıda keçirilən XV plenar sessiyası öz işini uğurla icra etdi: “Sessiyada 35 nümayəndə heyəti və ümumilikdə 280-dən çox nümayəndə iştirak etdi. Bizim sədrliyimiz dövründə görülən işlər nəticəsində APA-nın strukturlarının fəaliyyətinin daha da gücləndirildiyi vurğulandı. Sessiyada Omanın müşahidəçi statusu təsdiq edildi, müxtəlif sahələrə aid 29 qətnamə qəbul olundu”.