Səudiyyə Ərəbistanının Bakıdakı səfiri İssam bin Saleh əl-Cuteyli Azərbaycan Milli Kitabxanasında olub. Bu barədə SİA- ya diplomatik missiyadan məlumat verilib.Diplomat kitabxananın direktoru professor Kərim Tahirovla görüşüb."Milli kitabxanaya səfər gözəl təcrübə oldu. Biz kitabxana sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik", - səfir qeyd edib.