PDF Oxu

Siyasət

  • 418

Şəhid Feyruz Hacılının doğum günündə məzarı ziyarət olunub

image

İkinci Fəxri xiyabanda 44 günlük Vətən müharibəsi şəhidi əsgər Hacılı Feyruz Bəhruz oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının əməkdaşları, şəhidin ailə üzvləri şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Prezident cənab İlham Əliyevin Sərəncamlarına əsasən şəhid Hacılı Feyruz Bəhruz oğlu şəhadətindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə" medalları təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər