Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatı “S.Əsgərova küç.85” (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ünvanı üzrə ərazi partiya təşkilatının hesabat seçki iclası keçirilib.
İclasda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Fuad Musayev, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva və Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatı “S.Əsgərova küç.85” (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ünvanı üzrə ərazi partiya təşkilatının üzvləri iştirak edib.
Çıxış edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Fuad Musayev iclas iştirakçılarını salamlayaraq Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, partiyanın qurucusu ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə partiyanın bu gün gördüyü işlərdən, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələrdən danışıb.İclas iştirakçılarının diqqətinə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və xarici siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında mühüm rol oynayıb. İclas iştirakçılarının diqqətinə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və xarici siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qısa zaman ərzində tarixi Zəfərlər əldə olunmaqla iqtisadiyyatımızın davamlı inkişafı üçün yeni imkan və perspektivlər açılıb. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri, infrastruktur layihələrinin icrası da uğurla davam etdirilir. Çıxışının sonunda Bəxtiyar Nəbiyev ərazi üzrə üzvlərinin Partiyanın ictimai-siyasi həyatında aktiv olmağa çağırıb.
Sonra təşkilati məsələlərə baxılıb. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Fuad Musayev YAP Yasamal rayon “S.Əsgərova küç.85” (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ünvanı üzrə ərazi partiya təşkilatının sədri seçilib.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Fuad Musayev ərazi partiya təşkilatı tərəfindən ona göstərilən yüksək etimada görə öz minnətdarlığını bildirib.