PDF Oxu

Siyasət

  • 1 292

"Paşinyan populizmlə və vaxtı uzatmaqla məşğuldur" - ŞƏRH

image

Son günlər Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla danışıqların hazırkı gedişi ilə bağlı bir sıra açıqlamalar verib. Eyni zamanda ekspertlərdə belə bir fikir var ki, o, sülh sazişi ilə bağlı mübahisəli məsələlərin həlli prosesində növbəti durğunluğa haqq qazandırmağa çalışır. Belə ki, Paşinyan bəyan edib ki, tərəflər sülh müqaviləsinin 17 bəndindən 15-i üzrə razılığa gəliblər, lakin 2 əsas məsələdə, o cümlədən sərhəddə avropalı müşahidəçilərin olması ilə bağlı fikir ayrılıqları qalmaqdadır. Eyni zamanda o, Ermənistanın Azərbaycanla dəmir yolu əlaqəsini qarşılıqlı əsasda daha da sadələşdirməyə hazır olduğunu vurğulayıb. Paşinyan Ermənistan ərazisindən Naxçıvana yolun açılmasına da eyni məcrada baxır, onu İrandan keçən alternativ yollarla eyniləşdirir.

Görünür, Paşinyan növbəti dəfə populist bəyanatlara əl atır. Təbii sual yaranır: o, niyə indi bu ritorikanı gücləndirir və hansı məqsədləri güdür? Əcnəbi politoloqlar bununla bağlı fikrilərini caliber.az-a bildiriblər. Şərhləri oxucularımıza təqdim edirik.

Özbəkistan Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri namizədi, politoloq Rəvşən Nəzərov qeyd edir ki, Ermənistanda daxili siyasi vəziyyət mürəkkəb və gərgin olaraq qalır.

“Müxalifət qüvvələri ictimai narazılıqdan fəal şəkildə hökuməti tənqid etmək üçün istifadə edir, Paşinyana əlavə təzyiq yaradır. Bu şəraitdə o, cəmiyyətin gözləntiləri ilə Azərbaycanla daimi dialoqun davam etdirilməsi zərurəti arasında balans yaratmağa məcburdur. Siyasi qeyri-sabitlik və artan narazılıq onun “sülh təşəbbüslərinin” irəliləyişini çətinləşdirir, eyni zamanda daxili dəstəyin gücləndirilməsini tələb edir. Bu, Paşinyanı dialoq istəyi ilə Ermənistan cəmiyyətinin müxtəlif təbəqələrinin hisslərini nəzərə almaq zərurəti arasında incə balans axtarmağa vadar edir.

Nikol Paşinyan bir aspekti- öz əhalisini münaqişənin sülh yolu ilə həllinin vacibliyi barədə məlumatlandırmaq zərurətini nəzərə almalıdır. Ermənilərin bir çoxu kompromisin onların təhlükəsizliyinə və milli maraqlarına xələl gətirə biləcəyindən narahatdır. Buna görə də Ermənistan hökuməti sülh təşəbbüslərinin regionda sabitliyə və həyatın yaxşılaşmasına necə töhfə verdiyini göstərərək ictimai konsensusun yaradılması istiqamətində fəal işləməlidir. Paşinyan üçün ardıcıl olaraq vətəndaşların kompromis və dinc yanaşı yaşamağın faydaları barədə məlumatlandırılması vacibdir. “Uzunmüddətli sülh üçün hər iki tərəfdən vaxt, səbr və xoşməramlılıq lazımdır”, - politoloq hesab edir.

Rusiyalı politoloq Dmitri Qradov hesab edir ki, Paşinyan indi Ermənistan cəmiyyətində “real Ermənistan” layihəsi və xalq referendumu çərçivəsində konstitusiyanın dəyişdirilməsi povestini təbliğ etmək üçün əlverişli zəmin yaratmalıdır ki, gələcəkdə bu proseslər onun hakimiyyətinin güclənməsinə və ola bilsin ki, baş nazirlik müddətinin uzadılmasına gətirib çıxarsın.

“Paşinyanın əsas məqsədi, bəyanatlarından asılı olmayaraq, növbədənkənar parlament seçkiləridir. O, istənilən ssenari altında hakimiyyətdə qalmasını təmin etməyə çalışır. Və ssenarilər hətta Paşinyanın özü üçün də gözlənilməz ola bilər- axı Ermənistan cəmiyyətinin bir hissəsi İrəvanın yeni Qərb kursuna fəal müqavimət göstərir və hətta bunu anti-xalq siyasəti hesab edir.

Paşinyan Bakı ilə dialoq görüntüsü yaradır, eyni vaxtda iki problemi həll etməyə çalışır. Birincisi, İrəvanın sülh təşəbbüsləri üzərində fəal işlədiyini və əks təkliflər irəli sürdüyünü nümayiş etdirməklə digər oyunçuları çaşdırmaq istəyir. İkincisi, Ermənistan cəmiyyətini yanlış məlumatlandırmaq, Cənubi Qafqazda vəziyyətin həlli məsələlərində konsensus tapmaq illüziyası yaratmaq istəyir. Bununla belə, onun komandasının Bakı ilə razılığa gəlmək üçün heç bir real səy göstərmədiyi göz qabağındadır.

Sülh müqaviləsinin bədnam “iki mübahisəli məqamı” çoxdan Paşinyanın inadkarlığının, onun danışıqlarda “əyilməzliyinin” simvoluna çevrilib. Eyni şey onun yenidən qaldırdığı Ermənistan ərazisindən keçən nəqliyyat dəhlizi məsələsinə də aiddir. Əgər onun həyata keçirilməsi üçün real addımlar atılmırsa, bütün bəyanatlar sadəcə söz oyunu olaraq qalırsa, bu məsələyə qayıtmağın nə mənası var? İrəvan Bakının təkliflərini qəbul etməyə hazır deyil, öz şərtlərini səsləndirməyə üstünlük verir.

Başqa sözlə, biz klassik populizmin şahidi oluruq ki, onun məqsədi Bakıdan təşəbbüslərin olmaması ilə bağlı ittihamlar olduğu halda zamana dayanmaq, aktivlik görüntüsü yaratmaq və əsaslandırma tapmaqdır”,- deyə D.Qradov yekunlaşdırıb.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər