PDF Oxu

Siyasət

  • 1 010

Bərdədə 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub

image

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon nümayəndəliyi ilə birgə “Konstitusiya və Suverenlik ili” çərçivəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər gül dəstələri düzülüb.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib
Tədbiri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya 8 mart tarixinin qadınların iqtisadi, siyasi və ictimai hüquq bərabərliyi uğrunda mübarizədə beynəlxalq həmrəyliyi günü olduğunu deyib. O, dövlət tərəfindən qadınlara xüsusi diqqət və qayğı göstərildiyini, onların əməyinin yüksək qiymətləndirildiyini xüsusi qeyd edib.
Partiya fəalları Arzu Hüseynzadə, Xuraman Naibova, şəhid anası Mehparə Qəribova, Rayon Mədəniyyət Evinin direktoru Gülbəs Məmmədova, fəal gənc Fidan Nəsirli və digərləri çıxışlarında ölkəmizdə ictimai həyatın bütün sahələrində qadınların rolunun ildən-ilə artdığını vurğulayıblar.
Tədbir Rayon Mədəniyyət Evinin kollektivinin təqdimatında bədii hissə ilə davam edib.
Sonda şəhid anaları və rayonun fəal qadınlarına hədiyyələr təqdim olunub.
WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Digər xəbərlər