PDF Oxu

Siyasət

  • 1 071

"ABŞ Ukraynaya 20 faiz dəstək göndərəcək" - POLİTOLOQ ŞƏRH ETDİ

image

"ABŞ-nin Ukrayna edilən yardımlarını dayandırması maraqla qarşılandı. Mənim fikrimcə ABŞ bunu bilərəkdən edir, Ukraynanın Rusiyaya təslim olmasını və Rusiya qarşısında zəif düşməsini hədəfləyir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.Onun sözlərinə görə, digər tərəfdən isə Londonda keçirilən sammitdə avropa ölkələrinin Ukraynaya dəstəyini gördük. "Amma bu böyük dəstək məsələsi hələ ki, yoxdur. Amma müəyyən mənada Avropa ölkələri özlərinin təhlükəsizliyini qorumaq məqsədi ilə Ukraynaya hərbi və maliyyə yardımlarının həyata keçirilməsini planlayırlar. Hər vəziyyətdə Ukraynanın artıq əvvəlki dəstəyi alacağını düşünmürəm. Bu da hələ ki, Ukraynanın müharibəni bir müddət davam etdirəcəyinə imkan verə bilər. Ukrayna hələ ki, müharibəni davam etdirir, lakin bundan sonrakı mərhələdə beynəlxalq proseslərin gedişindən asılı olacaqdır ki, Ukraynanın aqibəti necə olacaq. Yəni, hadisələr hansı istiqamətdə cərəyyan edəcək və Ukraynaya dəstək olunacaqmı? Bu da Beynəlxalq siyasətin hansı durumda nə kimi addımlar atacağına, nə kimi tədbirlər görəcəyini, məqsədlərinin nə olacağını ortaya çıxaracaq. Amma hər vəziyyətdə ABŞ-in verdiyi dəstək əvvəllər Ukraynanı çox üstün vəziyyətə gətirmişdi. Lakin indi ABŞ hakimiyyəti bildirib ki, Ukraynaya artıq 20 faiz dəstək göndərəcəklər. Amma hər vəziyyətdə bu məsələ böyük bir problemdir".

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər