PDF Oxu

Siyasət

  • 437

Nəsimi rayonunda Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələri ilə tədbir keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və “Azər-Türk Bank” ASC ilə birgə “Konstitusiya və Suverenlik ili” çərçivəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələri ilə tədbir keçirib.

Əvvəlcə tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov 8 mart tarixinin qadınların iqtisadi, siyasi və ictimai hüquq bərabərliyi uğrunda mübarizədə beynəlxalq həmrəyliyi günü olduğunu deyib. Sonra çıxış edən “Azər -Türk Bank” ASC-nin məsul əməkdaşı Fuad Bədəlov şəhid yaxınlarına “Azər-Türk Bank” ASC idarə heyətinin sədri Orxan Hüseynovun təbriklərini çatdırıb. O, dövlət tərəfindən qadınlara xüsusi diqqət və qayğı göstərildiyini, onların əməyinin yüksək qiymətləndirildiyini xüsusi qeyd edib.

Şəhid anaları Lətifə Novruzova, Alimə Cəfərova və Şükran Tarıverdiyeva çıxışlarında göstərilən diqqət və qayğıya görə öz təşəkkürlərini bildiriblər.

Sonda şəhid ailələrinin qadın nümayəndələrinə hədiyyələr təqdim olunub.

Digər xəbərlər