Hər kəsə bəlli olan fakt ondan ibarətdir ki, dağıdıcı müxalifət bütün siyasi məzhəkələrinin, şoularının, bəzən isə şər və böhtanlarının arxasında xaricdəki maliyyə şəbəkələrindən qrant almaq dayanır. Məhz qrant almaq naminə Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və onların ətrafında olan trollar Azərbaycanın milli və dövlətçilik maraqlarına yönələn açıqlamalar verir, sosial şəbəkələrdə statuslar paylaşırlar. Son vaxtlar “siyasi məhbus” terminindən daha çox istifadə edir və öz ağılları ilə ölkəmizə təzyiqlər təşkil edəcəklərini düşünürlər. Müxtəlif qrupların, siyasi təşkilatların adından yayımlanan qondarma “siyasi məhbus” siyahılarından aydın olur ki, tərəflər qrant almaq yarışında bir-biri ilə yarışa giriblər. Ancaq diqqətçəkən məqam ondan ibarətdir ki, siyahılar bir-birini təkzib edən adlar yer alıb. Siyahılar fərqli olmaqla yanaşı oğurluq edən, cibgirliklə məşğul olan, avto xuliqanlıq edən, cəmiyyətə hörmətsizlik göstərən, qaçaqmalçılıqla məşğul olan, vergi cinayətləri törədən və digər əməllərə görə həbs olunanları dağıdıcı müxalifət “siyasi məhbus” olaraq təqdim edir. Görünən ondan ibarətdir ki, Əli Kərimli, Cəmil Həsənli və İsa Qəmbər üçün “siyasi məhbus” siyahılara kimlərin adlarını əlavə etmək problem deyil, hətta keçmişi cani, qaniçən, terrorçu, insan qatili olsa belə, onların pul qarşılığında adları siyahılara salına bilər. Bu baxımdan ortada qeyri-ciddi siyahılar mövcuddur. Siyahı alverində AXCP sədri Əli Kərimlinin daha fəal olduğu görünür. Çünki onun irəli sürdüyü siyahıda adlar fərqli olmaqla yanaşı, həm də “zəngin”dir. Ə.Kərimlinin iddiasına görə, Ələsgər Məmmədli, Müşfiq Cabbarov, Anar Məmmədov, İbrahim Hümbətov, Hafiz Babalı, Taleh Bağırzadə və bu kimi digər konkret cinayət əməli törətdiklərinə görə, həbs olunan şəxslər “siyasi məhbus” hesab olunurlar. Halbuki, sözügedən şəxslərin əksəriyyəti istintaqda özlərini təqsirli bildiklərini etiraf edib və fəaliyyətlərində hər hansı siyasi əməl olmadığını qeyd ediblər.
Əli Kərimli oğrunu və dələduzu da “siyasi məhbus” olaraq təqdim edir
Dağıdıcı müxalifətin “siyasi məhbus” siyahısında daha çox xaricdən qaçaqmalçılıq yolu ilə ölkəmizə valyuta gətirənlər yer alırlar. Eyni zamanda iş birliyində olduğu, lakin ifşa olunan şəxslərin də adları siyahıda yazılır. Misal cinayət törətməyə öyrəncəli olan A.Məmmədli haqqında 29 oktyabr 2013-cü il tarixdə AR CM-nin 192.2.2, 192.2.3, 213.2.1, 308.2-ci maddələri ilə cinayət işi açılıb. 2013-cü ildə keçirilən prezident seçkilərini nüfuzdan salmaq məqsədilə ABŞ-ın Milli Demokratiya İnstitutundan qanunsuz yolla aldığı 276 min ABŞ dolları maliyyə vəsaiti üzrə saxta əməliyyatlar həyata keçirməsi səbəbindən haqqında cinayət işi qaldırılıb və o, 5 il 6 ay azadlıqdan məhrum olunub. Ancaq ölkə Prezidentinin 17.03.2016-cı il tarixli əfv sərəncamı ilə həbsdən azad edilib. A.Məmmədli göstərilən humanistliyi dəyərləndirib, normal fəaliyyətini qurmaq əvəzinə cinayət fəaliyyətini davam etdirib. Ümumiyyətlə, A.Məmmədlinin rəhbərlik etdiyi “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi” 2001-ci ildən bu günədək ölkəmizdə keçirilən bütün seçkilərin müşahidəsini aparıb və bu seçkilərin beynəlxalq standartlara cavab verməməsi barədə qərəzli hesabatlar hazırlayaraq xarici donorlara və beynəlxalq təşkilatlara ötürüb. SMDTM-in fəaliyyəti ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Milli Demokratiya İnstitut (NDİ), Demokratiyaya Milli Dəstək fondu (NED), "German Marşal" fondu və ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilib. Bütün seçkilərin qeyri-demokratik mühitdə keçirilməsi barədə qərəzli hesabatlar hazırlanaraq beynəlxalq təşkilatlara təqdim edib. Sübuta yetirilib ki, SMDTM-in fəaliyyəti ABŞ-nin "Beynəlxalq İnkişaf Agentliyi” (USAİD), “German Marşal Fondu”, “Freedom House”, “National Endowment for Democracy” (NED), “National Democratic İnstitute” (NDİ), Çexiyanın “Prague Civil Society Center” təşkilatları tərəfindən maliyyələşdirilib. 07 fevral Prezident seçkiləri ilə bağlı Anar Məmmədli təxribat xarakterli hesabatın hazırlanmasına xidmət edəcək müşahidəçilər toplamaq üçün böyük canfəşanlıq göstərsə də, yalnız cəmi 50-60 müşahidəçi toplaya bilib. Bu da insanların onu təxribatçı kimi tanıdıqlarını və çirkin məqsədinin nədən ibarət olduğunu tam şəkildə anlamalarından irəli gəlir. Diqqətçəkən məqam ondan ibarətdir ki, bu məxluq xarici donorlardan külli miqdarda pul alsa da, müşahidəçilərə 40-50 manat pul verib. Heç şübhəsiz ki, aldığı qrantlardan müəyyən qədər Ə.Kərimliyə də ötürüb. Qarşılığında A.Məmmədlinin təşkil etdiyi təxribatçılardan ibarət müşahidəçilərinin az qala 80 faizini AXCP Gənclər Komitəsinin üzvləri təşkil edirlər. Belə bir şəxsi “siyasi məhbus” olaraq təqdim etmək rüsvayçılıqdır və hüquqa, qanunlara qarşı hörmətsizlikdir. Ə.Kərimlinin, C.Həsənlinin, G.Hacıbəylinin “siyasi məhbus” kimi təqdim etməyə çalışdıqları, hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunan N.Məmmədov (Baydəmirli) da “siyasi məhbus” olmadığını bildirib.
Siyasi məzhəkənin sonu yaxınlaşır
Görünən ondan ibarətdir ki, dağıdıcı müxalifət və xaricdəki anti-Azərbaycan qüvvələr həbs olunan şəxslərin fikrini nəzərə almadan belə onların adlarını hazırladıqları qondarma “siyasi məhbus” siyahısına daxil edirlər. Bu isə onu deməyə əsas verir ki, dağıdıcı müxalifət “siyasi məhbus” siyahısını genişləndirməklə daha çox qrant almağa ümid edirlər. Lakin siyahının saxta olduğu üzə çıxınca, bir daha özlərini rüsvay etmiş olurlar. Araşdırma əsasında məlum olur ki, Nazim Məmmədov (Baydəmirli), Akif Qurbanov və digərləri “siyasi məhbus” olaraq adlarının dağıdıcı müxalifətin siyahısında yer almasına qarşıdırlar. Nazim Məmmədov məhkəməsində açıq şəkildə adının “siyasi məhbus” olaraq təqdim edilməsinə etiraz etdiyini bildirdi. Hətta N.Məmmədov məsələyə görə, Ə.Kərimlini sərt tənqid etdi. Bütün bunlar onu deməyə əsas verir ki, dağıdıcı müxalifət xarici maliyyə dairələrindən və müxtəlif şəbəkələrdən Azərbaycanda “siyasi məhbus” siyahının “zəngin” olmasına dair tapşırıq alıblar. Razılaşdırmadan və həbs edilən şəxslərin fikrini nəzərə almadan onların adlarını “siyasi məhbus” siyahısına yazırlar. Lakin nəticə onların əleyhinə olur. Nazim Məmmədov kimi şəxslər Əli Kərimlini, Gültəkin Hacıbəylini, Cəmil Həsənlini, Arif Hacıyevi və digərlərini onların adından saxta məlumatlar yaymaqda ittiham etməklə ifşa edir. Bu isə dağıdıcı müxalifətin ifşası deməkdir.
İLHAM ƏLİYEV