PDF Oxu

Siyasət

  • 884

Neftçalada Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub

image

Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatı tərəfindən “İdmana olan diqqət və qayğı Azərbaycanın dövlət siyasətidir” mövzusunda tədbir keçirilib.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Neftçala rayonu üzrə gənclər və idman sektorunun müdiri Araz Əhmədov, Xıllı qəsəbə 2 saylı tam orta məktəbin direktoru Rəhim İmanov, YAP Neftçala rayon təşkilatının əməkdaşı Fərhad Baxışov bildiriblər ki, hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi ilə bağlı 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasəti uğurla davam etdirən və1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlət başçısının idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur.
Çıxışlarda daim Azərbaycan bayrağını qürurla dalğalandırmaq üçün bütün yarışlarda yüksək əzmkarlıqla mübarizə aparan idmançılarımızın Vətən müharibəsində də eyni amal – üçrəngli bayrağımızın əzəli torpaqlarımızda ucaldılması naminə cəbhəyə yollandıqları xüsusi vurğulanıb.
Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.

Digər xəbərlər