Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri martın 6-da başa çatıb.Ankaranın Esenboğa Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Prezident İlham Əliyevi Türkiyənin maliyyə naziri Mehmet Şimşek və digər rəsmi şəxslər yola saldılar.