Yeni Azərbaycan Partiyası (YAP) Şərur rayon təşkilatı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev, Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aynur Babayeva, İbadulla kənd ərazi partiya təşkilatının sədri Sərnaz Həsənova Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət qadın siyasəti sayəsində müasir Azərbaycan qadınının cəmiyyətdəki rolundan danışıblar. Çıxışlarda Birinci vitse-prezident Mehriban Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, ölkəmizin həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində gördüyü işlərdən, xeyirxah əməllərdən geniş bəhs olunub.
Tədbir “Arpaçay” instrumental ansamblının təqdimatında bədii hissə ilə davam edib.
Sonda rayonun ictimai-siyasi fəaliyyətində fərqlənən qadınlara hədiyyələr təqdim olunub.