“Dünən Azərbaycan-Türkiyə əlaqələrində tarixi bir gün yaşandı. Türkiyə-Azərbaycan tarixinə yeni bir səhifə əlavə olundu. Cənab Prezidentin Türkiyəyə etdiyi səfər iki qardaş ölkə arasında əlaqələrin daha da güclənməsinə töhfə verdi. İki Prezident arasındakı dostluq dünyanın diqqətini çəkməkdədir. Dünən bütün dünyanın gözü Ankarada idi. Həmçinin Ankarada verilən mesajlara diqqət çəkirdilər”. Bu sözləri Türkiyənin Azərbaycan arasındakı sabiq səfiri, “İmza” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç SİA-ya açıqlamasında deyib.Onun sözlərinə görə, dünən İğdır-Naxçıvan arasında qaz kəmərinin açılışı edildi: “Bu İğdır tərəfdən çox-çox vacib bir məsələdir. İğdırın 30 il qazla enerji təhlükəsizliyini təmin etmiş olacaq. Bu da təbii ki, enerji sahəsində yeni bir səhifənin açıldığını görürük. Türkiyə-Azərbaycan arasında dördüncü enerji layihəsi oldu. Bunlar “Bakı-Tbilisi-Ceyhan” neft kəməri, “Bakı-Tbilisi-Ərzurum” qaz kəməri, “Trans Anadolu (TANAP)” qaz boru kəməridir".Səfirin sözlərinə görə, bu enerji layihələri ilə yanaşı, “Bakı-Tbilisi-Qars” dəmiryolu layihəsinin həyata keçdiyini görürük: “Yəni cənab Prezidentin dediyi kimi, Avrasiyadakı enerji xəritəsində nəqliyyat tərzi dəyişmişdir. Bunlar da iki qardaş ölkə arasındakı əlaqələrdən irəli gəlir. Əslində dünənki açılış və verilən mesajlar bütün türk dünyasını əlaqələndirməkdədir. Bir Türk Dövlətləri Təşkilatı gedərək böyüməkdədir. Bu təşkilatın bu günlərə gəlməsində iki Prezidentin çox önəmli rolu vardır. Bundan sonra da həmin təşkilat inkişaf etməkdədir. Azərbaycanın enerji təhlükəsizliyi ilə əlaqədar gerçəkləşdirdiyi layihələr “TANAP” üzərindən 11 ölkəni enerji ilə təmin etməkdir. Bunlardan 10-u Avropa Birliyi ölkəsidir. Nəticə olaraq dünən yaşanan tarixi gün həm Azərbaycan xalqını, həm də Türk xalqını və millətini məmnun etmişdir. Ümidimiz bu layihələrin artması istiqamətindədir. Naxçıvanda yaşayan bacı və qardaşlarımıza bu təbii qazın xeyirli olmasını diləyirəm. Həmçinin iki Prezidentimizə də verdiyi mesajlardan ötrü təşəkkür edirəm”.
Müəllif: Xeyrənsə Piriyeva