PDF Oxu

Siyasət

  • 1 087

YAP Şəki rayon təşkilatının təsis edilməsinin 32 illiyi qeyd olunub

image

Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının təsis edilməsinin 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini anıblar.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov çıxış edərək Yeni Azərbaycan Partiyasının Azərbaycan tarixinin son dərəcə ağır günlərində, Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə tarixi zərurətdən yaranaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü mühüm işlərdən bəhs etmiş, rayon təşkilatının 32 il ərzində keçdiyi şərəfli yol haqqında danışıb.
Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək YAP-ın regionda ən böyük siyasi qüvvəyə çevrildiyini bildirib. Ulu Öndər Heydər Əliyevin ideyalarının, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində əldə olunan uğurların təbliğində partiyanın hər bir üzvünün fəal iştirak etməsinin vacibliyini vurğulayıb.
Partiya veteranı Kamil Məmmədov bildirib ki, bu gün Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının nüfuzu davamlı olaraq artır, dövlət başçımızın həyata keçirdiyi düşünülmüş qətiyyətli və uğurlu siyasət Azərbaycanı güclü dövlətə çevirib.
Sonra Yeni Azərbaycan Partiyası haqqında videoçarx nümayiş etdirilib.
YAP Şəki rayon təşkilatının fəaliyyətində fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, yeni üzvlərə vəsiqələr təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

Digər xəbərlər