PDF Oxu

Siyasət

  • 3 157

8 Mart Beynəlxalq Qadınlar Gününün tarixçəsi

image

XX əsr türk dünyasının böyük mütəfəkkiri Hüseyn Cavid haqlı olaraq demişdir:

“Qadın gülərsə, bu ıssız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək".

Hər il 8 mart tarixində qeyd edilən Beynəxalq işçi qadınlar günü kimi də tanınan, qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbətin tərənnümünü ənənəvi hala gətirmiş bir bayramdır. Bu bayram postsovet respublikalarında, həmçinin də bir çox başqa respublikalarda da qeyri-iş günü sayılır. Bu bayram nece yarandı? Qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin təmsili başlanğıcı olaraq, 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətili başladılır. O zaman qadınlar gündə 16 saat işləyirdilər, çünki onların əməyi daha az ixtisaslaşdırılmış hesab edilirdi. Lakin polisin işçilərə hücum etməsi və işçilərin fabrikə qıfıllanması, arxsından da çıxan yanğında işçilərin fabrik qarşısında qurulan barrikadalardan qaça bilməməsi nəticəsində çoxu qadın olmaqla 129 işçi can verdi. İşçilərin cənazə mərasiminə 100 mindən artıq insan qatılmışdı. 8 mart 1908-ci ildə Nyu-York Sosial-Demokrat Qadın Təşkilatının çağırışı ilə 15 min qadın, daha qısa çalışma saatı, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ üçün nümayiş keçirdi. Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı “Çörək və Gül” idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edirdi. 1910-cu il avqust ayının 26-27-də Danimarkanın Kopenhagen şəhərində Beynəlxalq qadınlar yığıncağında (Beynəlxalq Sosialist Qadınlar Konfransı) Almaniyanın İctimai Demokrat Partiyası liderlərindən Klara Setkin, 8 Mart 1857-ci il tarixində tekstil fabriki yanğınında dünyasını dəyişmiş qadın işçilərin xatirəsinə 8 Mart “Dünya qadınlar günü” olaraq qeyd olunmasını təklif etdi və bu təklif qəbul edildi. 1910-cu ildə Klara Setkini Beynəlxalq Sosializm Konfransına nümayəndə seçdilər. Bəzi ölkələrdə bu bayram başqa cür adlanır. Məsələn, Özbəkistanda bu bayram “Analar Günü” adını daşıyır. Bir çox ölkələrdə- Nepal, Şimali Koreya, Anqola və başqalarında bayram günü sakinlər işləmirlər. Çində bu bayram öz xüsusiyyətlərinə görə fərqlənir. Orada qadınlar həmin gün işləmir, kişilər üçün isə adi iş günü olur. Bundan başqa Çinlilərdə kəsilmiş gülləri hədiyyə etmək qəbul edilmir. Onlar üçün ən yaxşı hədiyyə kişilərin öz qadınlarına “Səadət Balqabağı” adlı yeməyi hazırlamalarıdır. Vyetnamda isə bu gündə qadınlara olduqca hörmət edirlər. Lakin onlarda bu bayram bacılara həsr olunub.
Elə bir ölkə yoxdur ki, orada qadınlara həsr olunmuş bayram olmasın. Qadınlar bayramının əvvəlki adı “Qadın haqqları günü” idi. Avropada bu bayram ilk dəfə Danimarka, Almaniya, İsveçrə, Avstriyada 1911-ci il 19 martda qeyd olunmağa başladı. Yalnız BMT-nin verdiyi qərar nəticəsində bu bayram 8 mart tarixində qeyd edilməyə başlanıldı. BMT Baş Assambleyası 1977-ci ilin dekabrında 8 martin Beynəlxalq Qadınlar Günü kimi keçirilməsini qəbul və təsdiq etdi. 8 Mart Sovet İttifaqından qalma bayram olsa da, Azərbaycanda da indiyədək qeyd edilir. Bu bayram digər sosializm mənşəli bayramlardan fərqli olaraq, artıq müstəqillik qazanmış keçmiş SSRİ respublikalarının təqvimindən bu günə qədər də silinməyib. Azərbaycanda bu bayram ilk dəfə 1917-ci ildə qeyd edilib. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. 1995-ci ildə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 Mart- Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qdınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verir, digər bir qrupu isə orden və medallarla təltif edir. Qeyd edək ki, 8 mart Beynəlxalq Qadınlar Günü bir çox müsəlman ölkələrində qadağan olunub. Bunu isə onunla əsaslandırırlar ki, əslində bu bayram yəhudi bayramıdır. Eyni zamanda yəhudilərin PURİM adlanan bayramı ilə üst-üstə düşdüyü iddia edilir. Maraqlıdır ki bu bayramın özünəməxsus rəngi də var. Bu rəng “bənövşəyi” rəng hesab edilir. Çünki ləyaqət və ədaləti simvolizə edir. Bugün həyatımızın istənilən sahəsində qadınların rolu, onların əməyi danılmazdı. Tarix səhifələrində Azərbaycan qadınının qəhrəmanlıq, mərdlik, fədakarlıq sədaqəti yazılmış zəngin mədəniyyət tarixçəsi var. Bu səhifələrdə Azərbaycan qadını milli adətləri, vətənpərvərliyi, əxlaqi keyfiyyətləri, düşüncə tərzi ilə tanınmaqdadır. Qadın sağlam cəmiyyətin, sağlam ailənin təminatıdır.

Lalə Səlimzadə

YAP Yasamal Rayon təşkilatının fəalı

Digər xəbərlər