PDF Oxu

Siyasət

  • 1 123

"Aİ Azərbaycana münasibətdə qərəzli mövqelər nümayiş etdirir" - ŞƏRH EDİLDİ

image

“Xatırlatmaq yerinə düşərdi ki, ötən ilin aprel ayının 5-də Ermənistanın Baş naziri, Yeni Avropa Şurasının prezidenti və ABŞ-nin həmin dövrdə olan dövlət katibi Blinken arasında Brüsseldə görüş baş tutdu. Bu görüşdən bildirilirdi ki, görüşün keçirilməsinin məqsədi Ermənistan əlavə təhlükəsizlik təminatının verilməsindən ibarətdir. Azərbaycan tərəfi buna sərt reaksiya nümayiş etdirdi. Sonra görüşün keçirilməsinin motivlərini fərqli təqdim etməyə başladılar.

Guya Ermənistanın iqtisadi inkişafın dəstəklənməsi, cəmiyyətin demokrasifləşməsinə köməyin edilməsi və s. kimi iqtiqamətlərdə izah etməyə başladılar. Amma əslində görüşün əsas məqsədi ondan ibarətdir ki, Ermənistana ciddi dəstək olunsun və həmin dövrdə də Avropa İttifaqı tərəfindən Ermənistana 270 milyon avro dəyərində yardım ayrıldı. Ondan sonra ABŞ-də Ermənistana yardım etməyə başladı”. Bu sözləri politoloq Elşad Mirbəşiroğlu SİA-ya açıqlamasında deyib.Onun sözlərinə görə, diqqəti cəlb edən əsas məqamlar ondan ibarətdir ki, həm Avropa İttifaqı, həm də ABŞ Ermənistanla daha sıx hərbi əməkdaşlıq etməyə başladılar: “Avropa İttifaqının əsas aparıcı ölkəsi olan Fransa Ermənistana böyük həcmdə hücum silahları ötürməyə başladı. Eyni zamanda Fransanın müdafiə naziri də öyünürdü ki, o Ermənistana ən çox səfər edən müdafiə naziri olub. Bunun özü isə aydın nümayiş etdirirdi ki, Avropa İttifaqı Ermənistanı silahlandıraraq onu regionda yenidən gərginlik yaratmaq üçün hazırlayır və Avropa İttifaqı hər zaman öz davranışlarında nümayiş etdirib ki, o, bu və ya digər coğrafiyalarda öz maraqlarını münaqişə amilindən istifadə etməklə təmin etmək niyyətindədirlər. Biz bunu hər zaman başqa istiqamətlərdə də müşahidə etməkdəyik. Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etdikdən sonra da, Avropa İttifaqı Azərbaycana münasibətdə aşkar qərəzli mövqelər nümayiş etdirməyə başladı.Politoloq həmçinin bildirib ki, Avropa Parlamentində ölkəmizə qarşı bir neçə dəfə qərəzli müzakirələr keçirildi: “Bunun özü də Avropa İttifaqının Azərbaycana qarşı siyasi mövqeyinin göstəricisi idi. Ona görə də Avropa İttifaqı tərəfindən Ermənistanın həm silahlandırılması, həm də işğalçı və təcavüzkar siyasət həyata keçirən Ermənistana siyasi dəstəyin göstərilməsi bir daha onu sübut edir ki, Avropa İttifaqı Cənubi Qafqaz regionunda Ermənistanın vasitəsilə yenidən silahlı qarşıdurma yaratmaq niyyətindədir. Çünki Azərbaycanın iradəsi ilə münaqişə amilinin ortadan qalxması, Avropa İttifaqının Cənubi Qafqaz regionunda öz mövcudluğunu təmin etmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmış oldu. Azərbaycan sözsüz ki, Cənubi Qafqazı uğurlu əməkdaşlıq platformasına çevirmək istəyir. Amma regiondan kənar yerləşən dairələr məhz regionda qarışıqlıq yaratmaq, regionda gərginliyin davamlı olaraq saxlanılması məqsədilə əsasən münaqişə amilinə istinad edirlər. Ona görə də, Ermənistan sistemli şəkildə silahlandırılmaqdadır və bu da sözsüz ki, bütün region ölkələrini ciddi düşündürür. Bu baxımdan hesab edirəm ki, yeganə ümid yeri yenə də Azərbaycanın güc mövqeyidir. Biz hər mənada Ermənistandan çox-çox güclüyük. Ermənistanın kənardan almış olduğu istənilən xarakterli dəstəyə baxmayaraq, biz öz siyasi maraqlarımızı, mövqelərimizi inamla qorumağı hər zaman nümayiş etdirmişik”.

Müəllif: Xeyrənsə Piriyeva

Digər xəbərlər