PDF Oxu

Siyasət

  • 966

"Qərbi Zəngəzur milli mədəni irsimizin ayrılmaz tərkib hissəsidir" - ŞƏRH EDİLDİ

image

"Cənab Prezident İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinə işgüzar səfəri baş verən geosiyasi və geoiqtisadi proseslər fonunda olduqca əhəmiyyətli hadisədir". Bunu SİA-ya Milli Məclisin deputatı Günay Ağamalı deyib.O bildirib ki, birgə mətbuat konfransında bir çox vacib məqamlardan bəhs edən dövlət başçımız Qərbi Zəngəzur haqqında danışmaqla növbəti dəfə tarixi həqiqətləri aktuallaşdırdı: "Qərbi Azərbaycan torpaqlarının ayrılmaz tərkib hissəsi olan Qərbi Zəngəzur Sovet hakimiyyəti tərəfindən 1920-ci ildə Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana verilmişdir. Əlverişli coğrafi mövqeyi ilə seçilən Qərbi Zəngəzur milli mədəni irsimizin ayrılmaz tərkib hissəsidir. Tarixi torpaqlarımızın Ermənistana verilməsi fonunda azərbaycanlıların kütləvi şəkildə deportasiya olunması regionun etnik tərkibinin dəyişməsi ilə nəticələnmişdir. Lakin, tarixi mənbələr, arxeoloji qazıntılar və faktlar hər situasiyada bölgənin Azərbaycanlılara məxsus olduğunu təsdiq edir. Rəsmi Bakı tarixin acı hökmü ilə bizdən zorla alınan Qərbi Azərbaycan və onun vacib bir hissəsi olan Qərbi Zəngəzur həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində müstəsna işlər görür. Tarixi qayıdışımızı prioritet məsələ kimi dəyərləndirən cənab Prezident İlham Əliyev bütün beynəlxalq əhəmiyyətli tədbirlərdə və dövlətlərarası görüşlərdə Qərbi Azərbaycan barəsində faktları ən incə detalına qədər səsləndirir. Onun fikirləri Ermənistanda qorxu və həyacanla qarşılansa da, bizlərin qayıdışla bağlı inamını artırır və fəaliyyətimizi stimullaşdırır".Onun sözlərinə görə, Azərbaycanın haqlı tələbləri qarşısında Ermənistan tərəfi mövzu ilə əlaqədar kompromisə getmir, Qərbi Azərbaycan qayıdışı və Zəngəzur dəhlizini suverenliyinə təhdid kimi qiymətləndirir: "Rəsmi İrəvanın yalan və qərəzli bəyanatlarından fərqli olaraq ölkəmiz dövlətlərarası münasibətlərin həlli kimi müharibəni rədd edir və beynəlxalq hüquq çərçivəsində qeyd olunan məsələlərin həlli üçün çalışır.

Müəllif: Banuçiçək Hüseynli

Digər xəbərlər