PDF Oxu

Siyasət

  • 839

Azərbaycan və Şimali Makedoniya arasındakı dostluq və əməkdaşlıq münasibətləri yeni mərhələyə qədəm qoyur

image

Cari ilin 11 mart tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova arasında rəsmi görüş keçirilib. Görüşün sonunda hər iki dövlət başçısı mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan və Şimali Makedoniya arasındakı dostluq və əməkdaşlıq münasibətləri yeni mərhələyə qədəm qoyur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirilən görüş zamanı siyasi, iqtisadi, mədəni və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Prezident İlham Əliyev çıxışında Şimali Makedoniya Prezidentinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyini vurğulayıb. Dövlətimizin başçısı iki ölkə arasında iqtisadi, ticari və mədəni əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib. Enerji sahəsində əməkdaşlıq ölkələr arasındakı münasibətlərdə önəmli yer tutur.

Qeyd edək ki, Azərbaycan on iki ölkəyə təbii qaz ixrac edir ki, onlardan onu Avropa ölkəsidir. Enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün Azərbaycan uzun illərdir sistemli addımlar atır. 3 il əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bu əlaqələrin möhkəmlənməsinə xidmət edir. Sözügedən bəyannamə çərçivəsində Azərbaycan qazı bu gün bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və bu prosesin davamlı olması üçün rəsmi Bakı Avropa tərəfdaşlarının xahişlərinə həmişə həssas yanaşır.

Ölkəmiz 2024-cü ildə xarici bazarlara 25 milyard kubmetr qaz ixrac edib. Bu göstərici Azərbaycanın Avropa ölkələri üçün Azərbaycanın enerji ehtiyatları onların enerji asılılığını azaltmağa və alternativ mənbələrə çıxışlarını genişləndirməyə imkan yaradır. Azərbaycanın enerji ixrac siyasəti təkcə Qərbi Avropa ölkələri ilə məhdudlaşmır. Belə ki, Balkan regionunda yerləşən Şimali Makedoniya da Azərbaycan üçün mühüm tərəfdaşlardan birinə çevrilməkdədir. Hər iki ölkə arasındakı oxşar tarix və inkişaf prosesləri, həmçinin Azərbaycanın zəngin karbohidrogen ehtiyatları qarşılıqlı əlaqələrin genişləndirilməsini zərurətə çevirib.

Bu gün Azərbaycan enerji siyasətində qlobal çağırışlara uyğun strateji addımlar ataraq, təkcə öz iqtisadi inkişafını deyil, eyni zamanda, Avropanın enerji təhlükəsizliyini təmin etməyə çalışır. Şimali Makedoniya və digər Balkan ölkələri ilə əməkdaşlığın gücləndirilməsi isə bu siyasətin növbəti uğurlu istiqamətlərindən biri ola bilər. Bu mənada, Azərbaycanın beynəlxalq enerji bazarında oynadığı rol və Avropa ölkələri ilə qurduğu tərəfdaşlıq əlaqələri yaxın gələcəkdə daha da möhkəmlənəcək və yeni layihələrlə zənginləşəcəkdir. Həmçinin, görüş zamanı sərmayələr, kənd təsərrüfatı, turizm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. Hər iki ölkənin liderləri qarşılıqlı rəsmi səfərlər üçün dəvətlərini ifadə ediblər və bu dəvətlərə görə minnətdarlıqlarını bildiriblər.

Bütün bunlar onu deməyə əsas verir ki, Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycana rəsmi səfəri əlverişli imkanlar yaradaraq yaxın zamanlarda ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafını və dərinləşməsini şərtləndirəcək.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər