“Səudiyyə Ərəbistanda keçirilən ABŞ və Ukrayna danışıqları yekun olaraq 30 günlük atəşkəsin elan olunması, həmçinin yaxın zamanlarda ABŞ-nin Ukrayna ilə müqavilə imzalanması ilə başa çatıb. Hər iki tərəf həm rəsmi Kiyev nümayəndələri, həm də rəsmi Vaşinqton görüşün konstruktiv keçdiyini qeyd edir. Görüşdən sonra ABŞ dövlət kaitibi Marko Rubio, Ukrayna xarici işlər naziri Andrey Sbiqa da öz fikirlərində Rusiyanın mövqeyi ilə öz mülahizələrini bildirib”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, Marko Rubio qeyd edir ki, ABŞ və Rusiya görüşü də mütləq təşkil olunmalıdır: “Lazım olarsa, üçtərəfli ABŞ, Rusiya və Ukrayna liderlərinin də görüşünün təşkil olunmasında zərurət yarana bilər. Hələlik əsas məsələ ilkin olaraq Donald Tramp tərəfindən qeyd edilir ki, martın 14-də Vladimir Putinlə telefon danışığı nəzərdə tutulur. Daha sonra orada konsultiv və rasional mövqe nümayiş etdirilərsə, artıq üçtərəfli görüşün də keçirilməsi istisna edilmir. Burada əsas məsələ Rusiyanın 30 günlük atəşkəsə verəcəyi cavab, göstərəcəyi mövqedir. Bu çox vacib məsələdir. Amma bununla paralel olaraq dünən Ukraynanın Moskva ətrafına dron hücumları, bu gün isə Kurskda gedən amansız döyüşlər və həmin şəhərdə kifayət qədər ərazilərin Rusiya tərəfindən geri alınması, həmçinin Ukraynanın geri çəkilməsi məsələləri də gündəmdədir. Hələlik hiss olunan budur ki, hər iki tərəf gələcəkdə danışıqlar masasına iddialarında daha çox əlləri dolu gəlmək istiyirlər".Bununla yanaşı deputat qeyd edib ki, burada əsas itirən tərəfin Rusiya olacağına şübhə yoxdur: "Çünki rəsmi Moskva Dmitry Peskovun simasında ABŞ tərəfindən danışıqların olmadığını və görüşdən sonra hadisələri qabaqlamamaq üçün tələsmədiklərini söyləyib. Əgər Rusiya Prezidenti Donald Trampla telefon danışığına yaxud görüşə razılıq verəcəksə, burada artıq 30 gün ərzində atəşkəsin elan olunması, daha sonra isə sülh danışıqlarınında başlamasına yaxud müddətin uzadılması məsələləridə masada ola bilər. Hal-hazırda stiuasiya qarışıqdır. Bütün gözlər Rusiyanın mövqeyinə tikilib. Həmçinin belə bir məsələdə var ki, Ukrayna 30 günlük atəşkəs istəyibsə, müharibəyə yenidən güc toplamağa çalışır. Eyni zamanda Ukrayna düşünür ki, Rusiyada 30 günlük atəşkəsdən istifadə edəcək, yenidən güc toplayıb hücumlarına davam edəcək. Belə dilema qarşısında qalınması vəziyyəti xeyli çətinləşdirib. Rusiya Prezidenti, Vladimir Putin və Donald Trampın görüşünü və bu görüşdən çıxacaq nəticəni gözləməliyik".
Müəllif: Xeyrənsə Piriyeva