11 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Dakovanın görüşü baş tutmuşdur.Azərbaycanın nüfuzunun artması bir çox ölkələrin bizə marağını artırmış və bu say artmaqdadır. Ölkəmizin günü-gündən inkişaf etməsi səmimi dostluq və əməkdaşlıq əlaqələrinin yaranmasına gətirib çıxarır. Həm Azərbaycan, Həm də Şimali Makedoniya imperialist siyasətin qurbanı olmuşdur. SSRİ-nin dağılmasından sonra müstəqillik qazanaraq inkişaf mərhələsinə qədəm qoymuşlar. Bu gün ölkəmizin Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi xarici siyasətin prioritet istiqamətlərindən biridir. Balkan ölkələri Qərbi Avropa dövlətləri ilə sərhəddə yerləşdiyi üçün Şərqlə nəqliyyat, ticarət və tranzit əlaqələrinin qurulmasında mühüm rol oynayır. Şimali Makedoniya ilə ölkəmizin oxşar tarixi və inkişaf prosesləri iki dövlət arasında əlaqələrin inkişafı zərurətini meydana çıxarır.
Artıq iki ölkə arasında energetika əməkdaşlığı başlayıb. Azərbaycan qazı Şimali Makedoniyanın bazarına çatdırılmış və bu ildən etibarən ölkəmiz Şimali Makedoniya bazarını qazla təmin edəcəkdir. Yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparılır. Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. Bunlardan 10 ölkə Avropa ölkəsidir. Ötən il xarici bazarlara 25 milyard kubmetr qaz təchiz olunmuşdur. Avropa Azərbaycan qazına ehtiyac duyur. Bir neçə il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Azərbaycan qazı Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir. Energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir.
Şimali Makedoniyanın prezidenti Qordana Silyanovska-Dakovanın ölkəmizin mədəni həyatı ilə tanış olması və XII Qlobal Bakı Forumunda iştirakı iki dövlətin humanitar sahədə əməkdaşlığı xalqlar arasında mədəni və təhsil əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. 1995-ci il tarixində Azərbaycan və Şimali Makedoniya arasında diplomatik əlaqələrin qurulması hal-hazırda iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı genişləndirir. Məhz buna görə də dövlətlərarası müqavilə-hüquq bazası da inkişaf etdirilir. Sərmayələrin qarşılıqlı qorunması və ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı sazişlər imzalanıb.
Ölkə başçısı cənab İlham Əliyevin bəyanatı Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli münasibətlər müxtəlif sahələri əhatə etməklə dinamik inkişaf yolundadır. Ötən ilin əvvəlinə aid olan məlumata əsasən, Azərbaycanda Şimali Makedoniya investisiyalı kommersiya qurumu fəaliyyət göstərir. İstər enerji sahəsində əməkdaşlığın başlanması, istərsə də humanitar əlaqələrin genişlənməsi iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir. Həmin əlaqələrin getdikcə daha da möhkəmlənməsinə və digər sahələri əhatə edəcəyi gözlənilir. Atılan addımlar hər iki xalqın rifahına töhfə verəcəkdir.
Nigar Abdullayeva
YAP Yasamal rayon AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini