PDF Oxu

Siyasət

  • 1 038

Novruz bayramına həsr olunan rəsm sərgisi keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunan məktəblilərin əl işlərindən ibarət “Vətənim Azərbaycan” adlı rəsm sərgisi keçirilib.

YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Anar Tağızadə, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Əminə Musateva bildiriblər ki, sərginin keçirilməsində əsas məqsəd məktəbliləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, torpağa bağlılıq hissini yüksəltmək, eyni zamanda incəsənətimizin və zəngin mədəni irsinin təbliği, xalqımızın qədim ənənələrinin nümayiş etdirilməsidir.
Sonda sərgi iştirakçıları diplomla mükafatlandırılıb.

Digər xəbərlər