PDF Oxu

Siyasət

  • 816

Azərbaycan və Albaniya arasında diplomatik əlaqələr möhkəmlənir

image

Nizami Gəncəvi Beynəlxalq Mərkəz təqdirəlayiq iş görür – sabiq liderləri və diplomatları dünyanın hər yerindən bir araya toplayaraq bu günü və gələcəyi müzakirə etməyə şərait yaradır. Bizə cəsarət, aydın baxış, sülh və iqtisadi sabitlik, həmçinin həyatımızı asan və daha yaxşı edən siyasət lazımdır. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Albaniyanın INFOWEB media qurumunun rəhbəri Anisa Bahiti deyib.

O, Azərbaycan və Albaniya arasındakı diplomatik əlaqələrin daha da möhkəmləndiyini diqqətə çatdıraraq, Bakıda Albaniya səfirliyinin açılmasını bunun bariz nümunəsi kimi göstərib.

Anisa Bahiti, həmçinin çağırış edərək bildirib ki, yaşamağın mümkün olduğu bir dünya üçün bir-birimizi dəstəkləməli və əməkdaşlıq etməliyik. "Gəlin, çağırışları bütün ölkələr üçün bir imkana çevirək", - deyə o vurğulayıb.

Digər xəbərlər