PDF Oxu

Siyasət

  • 729

Ağstafa rayonunda ağacəkmə aksiyası keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, partiya fəalları, könüllülər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Aksiya zamanı rayonun Poylu qəsəbəsinin ərazisində 300 ədəd müxtəlif növ ağac əkilib.

Yeni əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.

Digər xəbərlər