Bakı Qlobal Forumu 2013-cü ildən bəri dünyanın gündəmində olan siyasi, iqtisadi, sosial proseslərin müzakirə mərkəzinə çevrilmişdir. Həmin ildən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qlobal Bakı Formunun əsas təşkilatçısı kimi çıxış edir. Dünyanın gündəmində olan məsələlərin müzakirəsi, qlobal problemlərin həlli yollarının araşdırılması üçün keçirilən forumda dünyanın bir çox ölkələrindən nüfuzlu dövlət və hökumət başçıları, tanınmış siyasətçilər, elm xadimləri iştirak edirlər.2025-ci il martın 13-də Bakıda Nizami Gəncəvi Beynalxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi:Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu başlayıb. Cənab prezident İlham Əliyev açılış mərasimində çıxış edərək dünyada və regionumuzda baş verən proseslər haqqında öz fikirlərini bildirdi. Prezident İlham Əliyev çıxışında qeyd etmişdi: 200 ölkənin yekdil qərarı ilə seçilmək bizim üçün böyük uğur idi. COP29-u təşkil etmək qərarı Azərbaycanın öz enerji sərvətlərinə çox məsuliyyətlə yanaşmasından irəli gəlir. Azərbaycanın gündəliyində bərpaolunan enerjiyə böyük diqqət ayrılır. Gələn illər üçün qərara alınıb ki, Azərbaycanda bərpaolunan enerji imkanları faydalı qazıntıdan olan enerji istehsalına demək olar ki, bərabər olacaq.Ölkə başçısı çıxışında qeyd etmişdir ki, Ermənistan Azərbaycan prosesinə gəldikdə biz işğal illərini, o cümlədən Ermənistan işğalı və təcavüzü nəticəsində xalqımızın çəkdiyi əzab əziyyətləri yaddan çıxara bilmərik və çıxarmayacağıq.
Həqiqətən də tarix unudanları bağışlamır. Ötən əsrin sonlarına dönüb baxsaq başımıza gətirilən faciələrin ağırlığını dərk etmək elə də çətin deyil. Və biz bu faciələri bizim başımıza gətirən ermənilərin iç üzünü II Qarabağ müharibəsində bir daha gördük. Gəncənin 5 dəfə ayrı-ayrı zamanlarda bombalanması, Bərdə şəhərində dinc əhalinin sıx toplaşdığı ərazilərə raket hücumu bizə sübut etdi ki, düşmən yenə eyni mənfur düşməndir. Onların dediyi bizim üçün sıfır məna kəsb edir. Bizə sənəd, yazılı kağız lazımdır ki, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası olmasın. İldən ilə iştirakçılarının sayı artan Qlobal Bakı Formunun mövzularının əhatə dairəsi də genişlənir. İlham Əliyevin də dediyi kimi Qlobal Bakı Formu hazırda aparıcı Beynəlxalq Platformalardan biridir. XII Qlobal Bakı Formunda aparılan diskussiyalar, müzakirələr beynəlxalq münasibətlərin nizama salınmasına, sülh və əməkdaşlığın inkişafına töhfə verəcək.
Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı