PDF Oxu

Siyasət

  • 376

Azərbaycan bəşəri problemlərin həllinə töhfələr verir

image

Müstəqil Azərbaycan Respublikası Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti nəticəsində artıq dünya dövlətləri arasında böyük rəğbət, inam və etibar qazanmışdır.

Ölkəmiz son illərdə beynəlxalq siyasət, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi və humanitar məsələlər üzrə mühüm forumların keçirildiyi mərkəzlərdən birinə çevrilib. Qloballaşan dünyada Azərbaycanın belə möhtəşəm tədbirlərə evsahibliyi etməsi onun beynəlxalq nüfuzunun artmasına, qlobal müzakirələrdə fəal iştirakına və bəşəri problemlərin həllinə töhfələr verməsinə şərait yaradır.

XII Qlobal Bakı Forumu çərçivəsində Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibədə dünya və regional gündəmə də toxundu, eyni zamanda regional və qeyri-regional ölkələrə mühüm mesajlar ünvanladı. Prezidentimiz forumun əhəmiyyətindən danışaraq bildirdi ki, XII Qlobal Bakı Forumun iştirakçılar ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşəcəklər, xüsusilə bu gün beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda. Bu Forumun iştirakçılarının adları onun potensialını əks etdirir.

Ölkəmizin Rəhbəri müsahibəsində toxunduğu vacib məsələlərdən biri də dünyada nizamlı sistemin olmaması barədə səsləndirdiyi fikirlər oldu. Bu gün dünyada sürətli dəyişikliklər gedir və bəzi proseslər xaotik xarakter alır. Qlobal səviyyədə müxtəlif siyasi, iqtisadi və ekoloji problemlər son illərdə daha mürəkkəb hala gəlib. Əvvəllər mövcud olan qaydalar və strukturlaşmış beynəlxalq münasibətlər bəzi hallarda öz effektivliyini itirir. Bununla yanaşı, yeni güc mərkəzlərinin meydana gəlməsi, texnologiyanın sürətli inkişafı və pandemiya kimi qlobal miqyaslı hadisələr bu vəziyyəti daha da mürəkkəbləşdirib.

Prezident İlham Əliyev müsahibəsində məhz bu məqamlara toxunaraq əlavə etdi ki, bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir.

Dövlət Başçısı müsahibədə diqqətə çatdırdı ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buradan aydın olur ki, hər bir ölkə öz gücünə, imkanlarına bel bağlamalıdır. Beynəlxalq yardıma və hüquqa arxalanmaq artıq risklidir. Dövlət Başçısının belə qəti fikir söyləməsi onunla bağlıdır ki, Azərbaycan müsqətillik illərində beynəlxalq səviyyədə ikili standartlara məruz qaldı və problemlərinin həllində müvafiq beynəlxalq təşkilatlardan hər hansı bir yetərli dəstək almadı, Prezidentin qeyd etdiyi kimi, ölkəmiz beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı oldu.

Dövlət Başçısının müsahibəsində diqqət çəkən məsələlərdən biri də onun Cənubi Qafqaz regionu barədə fikirləridir. Bu gün region çox məsuliyyətli mərhələdən keçir. Regionun ən təhlükəli problemi olan Qarabağ münasiqəşi həll olundu və müşahidə edilən proseslər Azərbaycanın formalaşdırdığı yeni reallıqlar fonunda cərəyan edir. Bakı Ermənistanın sülh gündəminə sadiq qalmasını və regionda davamlı sülhün yaradılması üçün adekvat addımlar atmasını gözləyir. Barışığa doğru addımlar atmaq lazımdır və Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, region hazırda nisbətən sakit dövrdədir. Amma bu sakitlik real addımlarla təmin olunmalı, gücləndirilməlidir. Prezidentimiz bir daha xatırlatdı ki, növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaradılmalıdır və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışılmalıdır.

Dövlətimizi Başçısı müsahibədə bir daha Azərbaycanın milli maraqlara uyğun xarici siyasət kursu tutduğunu və hədəflərə çatmasında ancaq öz gücünə arxalandığını ortaya qoydu.

Möhtərəm Prezidentimiz dövlətimizin gücünü,qüdrətini ifadə etməklə yanaşı, həm də qlobal siyasi proseslərin mükəmməl bilicisi kimi dünyaya bir daha əsl həqiqətləri, mövcud reallıqları anlatdı. Qarışıq dünyada münaqişələrin gərginləşdiyi bir zamanda Qarabağın azad edilməsindən tutmuş qlobal böhran şəraitində iqtisadi yüksəlişə nail olunduğunu , Azərbaycanın bəşəri problemlərin həllinə töhfələr verdiyini bəyan etdi.

Polad Ağakişiyev

YAP Qazax rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər