PDF Oxu

Siyasət

  • 1 148

Nizami rayonunda “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş tədbir keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş tədbir keçirilib.

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin suverenliyi uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin deputatı Pərvanə Vəliyeva, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları bildiriblər ki, 2025-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 30-cu, həmçinin Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümü qeyd olunur. Bu münasibətlə 2024-cü ilin 28 dekabr tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Sərəncamda da qeyd olunduğu kimi, bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.
Çıxışlardan sonra mükafatlandırma mərasimi keçirilib.
Uzun müddət partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə aktiv iştirak edən, yubiley yaşında olan partiya veteranları, eləcə də YAP Nizami rayon təşkilatının könüllülük layihəsinin məzunları təltif olunub, partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.

Digər xəbərlər