PDF Oxu

Siyasət

  • 433

Samux rayonunda ağacəkmə aksiyası təşkil olunub - FOTOLAR

image

19 mart 2025-ci il tarixdə Samux rayonunda Samux rayon icra hakimiyyətinin və YAP Samux rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində və Novruz bayramı münasibətilə ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyası Ziyadlı kəndinin ərazisində, Samux-Kür yolunda təşkil olunub.

Ağacəkmə aksiyasında Samux rayon icra hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, YAP Samux rayon təşkilatının partiya fəalları, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də gənc könüllülər iştirak edərək 1000-dən çox şam, sərv ağacı, oleandr, bəzək gül kolları əkiblər.

Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək, ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.

Digər xəbərlər