PDF Oxu

Siyasət

  • 906

Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır

image

Dövlətimizin başçısı XII Qlobal Bakı Forumu çərçivəsində “Euronews” televiziyasına müsahibə verib. Azərbaycan Prezidenti Bakı Forumunun artıq 12-ci ildir keçirildiyini, iştirakçıların sayının hər ötən il daha da artdığını və Forumun əhatə dairəsinin genişləndiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev müsahibəsində Forumda müzakirə edilən məsələlərə və panellərdə təşkil edilən diskusiyalara diqqət çəkib. Vurğulanıb ki, Bakı Forumuna bu gün beynəlxalq miqyasda böyük maraq var. Burada müzakirə edilən mövzular, verilən mesajlar və edilən çağırışlar olduqca vacibdir. Sözsüz ki, beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda Bakıda keçirilən Qlobal Forumun iştirakçılarının adları həm də onun potensialını, müzakirəyə çıxarılan mövzuların əhatə dairəsini böyük maraqla qarşılanır. Bakı Forumunda müxtəlif ölkələrdən 50-dən artıq fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçıları iştirak edərək, onun mahiyyətini nümayiş etdirirlər.
Ölkəmiz növbəti dəfə beynəlxalq ictimaiyyətin maraqla izlədiyi məkana çevrilib. Bakı bundan əvvəl də COP29 kimi vacib beynəlxalq tədbirə ev sahibliyi etməklə dünyada mühüm platforma missiyasını ləyaqətlə daşıdığını subuta yetirib. Qlobal Bakı Forumu isə artıq dünya miqyasında yeni çağırışların və ənənəvi yanaşmalardan imtinanın sülh, təhlükəsizlik, qarşılıqlı inam və etimadın təşviq edildiyi bir platforma kimi çıxış edir. Cənab Prezident də müsahibəsində məhz bu amilləri önə çəkərək Forumda yeni ideyaların meydana gəlməsilə onun beynəlxalq münasibətlərin formalaşmasında rolundan bəhs edib.
Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın Cənubi Qafqazda yeni reallıq yaratdığını və münasibətlərin qarşılıqlı hörmət əsasında formalaşmasının vacibliyini vurğulayıb. Hazırda qlobal miqyasda yeni qaydaların müəyyənləşdirilməsi, beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsinin olduğu qeyd edilib. Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini tam təmin etməsi ilə regional münasibətlərdə dəyişikliklərin baş verməsi artıq zərurətə çevrilib. Bu xüsusda 2020-ci ilin 44 günlük Vətən müharibəsindən beş il keçməsinə baxmayaraq, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb. Azərbaycan sülhü təşviq etdiyi halda, bəzi beynəlxalq təşkilatlar və ölkələr ikili standartlardan imtina edə bilmir. Ermənistanın bu günə qədər qeyri-konstruktiv davranışları keçmiş münaqişə dövründə aparılan danışıqlar kimi, sülh prosesini də uzadan başlıca amillərdən biridir.

Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri

Digər xəbərlər