PDF Oxu

Siyasət

  • 1 920

Ağdamda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib

image

Ağdam rayon Heydər Əliyev Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anım tədbiri keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Yeni Azərbaycan Partiyası Ağdam rayon Təşkilatının sədri Mansur Quliyev, YAP fəalları, şəhid ailələri və qazilər, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri və rayon ziyalıları iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini,daha sonra Şəhidlər Abidə Kompleksini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşlər. Heydər Əliyev Mərkəzində davam edən tədbir soyqırım qurbanlarının, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, daha sonra iştirakçıların çıxışları ilə davam etmişdir.

Tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər çıxış edərək Birinci Dünya müharibəsinin sonlarına yaxın, 1918-ci ilin mart ayında yaranmış mürəkkəb şəraitdə Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak və bolşevik dəstələrinin birlikdə azərbaycanlı əhalini kütləvi qırğınlara, soyqırımına məruz qoymalarından, 31 mart tarixinin iki dəfə - 1919 və 1920-ci illərdə Cümhuriyyət hökuməti tərəfindən ümummilli matəm günü kimi qeyd edilməsindən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilməsindən, Prezident İlham Əliyevin hücum diplomatiyası xəttini elan etməsindən sonra Azərbaycanlılara qarşı törədilmiş soyqırımları haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər görülməsindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun qəhrəmanlığı sayəsində tarixi ədaləti bərpa edərək xalqımıza qarşı törədilmiş həmin cinayətlərin səbəbkarlarının ölkəmizin paytaxtı Bakı şəhərində mühakimə olunmalarından bəhs etmişlər.

Digər xəbərlər