PDF Oxu

Siyasət

  • 1 064

Kursantlara həvəsləndirmə tətbirlərinin tətbiq edilməsi təklif olunur

image

Əsgərlər, matroslar və çavuşlar üçün tətbiq edilən həvəsləndirmə tədbirlərinin bəziləri kursantlara da şamil olunacaq. SİA xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında” qanuna dəyişikliklər təklif edilir.Layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.Sənədə əsasən, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına aşağıdakı həvəsləndirmələr tətbiq edilir:

- təşəkkür elan etmək;
- əvvəl verilmiş intizam cəzasını götürmək;
- fərman, qiymətli hədiyyələrlə, yaxud pulla mükafatlandırmaq;
- hərbi qulluqçunu hərbi hissənin açılmış Döyüş Bayrağı yanında çəkilmiş fotoşəkli ilə mükafatlandırmaq;
- hərbi qulluqçunun yaşadığı, yaxud əvvəl işlədiyi yerə onun hərbi xidmət borcunu nümunəvi yerinə yetirməsi və aldığı mükafatlar haqqında məlumat vermək;
- əlaçı döş nişanı ilə mükafatlandırmaq;
- əsgərlərin, matrosların və çavuşların adlarını hissənin (gəminin) Fəxri kitabına yazmaq.
Xatırladaq ki, mövcud qanunvericiliyə əsasən, kursantlara bu həvəsləndirmələrin heç biri tətbiq edilmirdi.

Digər xəbərlər