PDF Oxu

Siyasət

  • 636

Azərbaycan – Almaniya münasibətləri yeni inkişaf mərhələsində - ŞƏRH

image

Bu gün Azərbaycan özünün beynəlxalq və iktərəfli əməkdaşlıq coğrafiyasını genişləndirməkdədir. Ölkəmizin atan nüfuzu fonunda xarici siyasətin əsas istiqamətlərindən biri də Avropanın aparıcı ölkələri ilə yaxın təmasların qurulmasıdır. Azərbaycan və Almaniya arasında möhkəmlənən diplomatik və iqtisadi əlaqələr qlobal səviyyədə də müsbət təsir doğurur. İkitərəfli münasibətlərin davamlı inkişafı müxtəlif sahələrdə yeni əməkdaşlıq perspektivləri açır.

Dövlətimizin başçısı İlham Əliyevin aprelin 2-də ölkəmizdə rəsmi səfərdə olan Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə keçiridyi təkbətək və geniş tərkibdə görüşlərdə, prezidentlərin mətbuata birgə bəyanatlarında, eyni zamanda, jurnalistlərin suallarına cavablarında da bu məqamlar xüsusi olaraq diqqətə çatdırıldı. Reallıq budur ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir. Diplomatik münasibətlərinin 30 ildən artıq dövrünü arxada qoyan Azərbaycan-Almaniya əlaqələrinin tarixinə qısa nəzər saldıqda görürük ki, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli bir addım olaraq tarixə keçəcəkdir. Bu səfər yalnız iki ölkə arasında mövcud olan dostluq və tərəfdaşlıq əlaqələrini möhkəmləndirməklə yanaşı, həm də gələcəkdə genişlənəcək iqtisadi, enerji və mədəni əməkdaşlıq sahələrinə işıq tutur.Həmçinin, bu səfər Azərbaycanın beynəlxalq arenada daha güclü mövqeyini və Almaniya ilə strateji əməkdaşlığının artan rolunu nümayiş etdirir. Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda vurğuladığı kimi, bu səfər Azərbaycan-Almaniya əlaqələrinə yeni müsbət təkan verəcəkdir.Ölkəmizin günü-gündən inkişaf etməsi, onun nüfuzunun artması bir çox dövlətlərin Azərbaycana olan marağını artırıb, onunla səmimi dostluq və əməkdaşlıq əlaqələrinin yaradılmasına çalışan ölkələrin sayı artmaqdadır. Bu istiqamətdə Avropa dövlətlərinin Azərbaycanla münasibərlərin genişlənməsinə olan marağı artıb. Azərbaycan Avropanın ən çox inkişaf etmiş dövləti olan Almaniya üçün də cəlbedici ölkədir. Azərbaycan və Almaniya prezidentlərinin görüşü bu iki ölkə arasında mövcud olan qarşılıqlı faydalı əlaqələri daha da inkişaf etdirəcəyini göstərir. Bu səfər təkcə siyasi əlaqələri deyil, həm də iqtisadi, mədəni və sosial sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün böyük bir addım atılması deməkdir. Əmin olmaq olar ki, bu səfər Azərbaycanın beynəlxalq mövqeyini gücləndirəcək, həmçinin Almaniya ilə daha sıx əməkdaşlığın əsası qoyulacaq.

Azərbaycan–Almaniya arasında qarşılıqlı münasibətlərin başlanğıcı XIX əsrin ikinci yarısına təsadüf edir. 1863-cü ildə Almaniyanın “Simens qardaşları” firması tərəfindən Gədəbəy ərazisində yerləşən mis yataqları bazasında iri misəritmə zavodları, kobalt yataqları bazasında kobalt zavodu inşa edilib. XX əsrin əvvəllərinədək bu zavodlarda istehsal edilən mis Cənubi Qafqazda əridilən misin 2/3 hissəsini təşkil edirdi. Bu zavodların inşası nəticəsində xeyli sayda insan işlə təmin edilib, əhalinin maddi rifahı yüksəlib. Bu baxımdan Almaniya ilə iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı həmişə Azərbaycanın maraq dairəsində olub. Azərbaycan isə Almaniya üçün neft-qaz ölkəsi kimi beynəlxalq layihələrdə mühüm tərəfdaşlardan biridir. Hazırda Azərbaycanda 100-ə yaxın alman müəssisəsi fəaliyyət göstərir. Bunlardan “Simens”, “Ferrosstal”, “İnterselekt”, “Mersedes Bens” kimi iri şirkətlər Azərbaycanda uğurlu biznes fəaliyyəti göstərirlər.

Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd etmişdir ki, Prezident Ştaynmayerin səfəri Azərbaycan-Almaniya münasibətlərinin inkişafına mühüm töhfə verəcəkdir. Görüşlər zamanı tərəflər enerji, ticarət, nəqliyyat və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etmişlər. Xüsusilə, enerji sektorunda əməkdaşlıq məsələləri diqqət mərkəzində olmuşdur, çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Qarşıdakı illərdə bu əməkdaşlığın daha da güclənməsi hər iki ölkəyə qarşılıqlı faydalı tərəfdaşlıq imkanları yaratmaqla yanaşı, qlobal təhlükəsizliyin və dayanıqlı inkişafın təmin olunmasına mühüm töhfə verəcək.

Anar Məmmədov,

YAP Gədəbəy rayon təşkilatının əməkdaşı

Digər xəbərlər