PDF Oxu

Siyasət

  • 1 091

"Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir”

image

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı tərəfindən Kəlbəcər rayonunun 23 saylı tam orta məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı tədbir keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, məktəbin direktoru, ərazi partiya təşkilatının sədri Həqiqət Şükürova, partiya fəalları Arif Tağıyev, Nəcibə Səlimbəyli, Samirə Məmmədova, Rafael Nağıyev və digərləri bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edir. Çıxışlarda Azərbaycanın müstəqilliyi və hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət quruculuğuna əvəzsiz töhfələr verən Ümummilli Liderin əvəzsiz xidmətlərindən, Ulu Öndərin əsasını qoyduğu uğurlu siyasi kursun Prezident İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdiirlməsindən bəhs edilib.
Sonda partiya işində fəaliyyəti ilə seçilən YAP üzvlərinə fəxri fərman təqdim olunub.

Digər xəbərlər