PDF Oxu

Siyasət

  • 885

Göygöldə “Konstitusiya və Suverenlik İli” şərçivəsində tədbir keçirilib - ŞƏRH

image

Göygöl rayonunda Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı və Gənclər Evinin birgə təşkilatşılığıilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması hər bir vətəndaşıın ümdə vəzifəsidir” adlı tədbir keçirilib.

Partiya fəalları, müharibə iştirakçıları və gənclərin iştirakı ilə keçirilən tədbir zamanı ilk öncə Ümumilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayevtədbiri giriş sözü ilə açaraq bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin ötən ilin 28 dekabrında imzaladığı Sərəncama əsasən 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Prezident İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncam 30-cu ilini qeyd edəcəyimiz Konstitusiyamıza və ölkəmizin suverenliyinə verilən dəyərin təcəssümüdür və müasir Azərbaycan tarixində mühüm hadisə hesab edilən bu addım 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevin xatirəsinə və milli dövlətçiliyimizin möhkəm təməl üzərində qurulmasına dərin ehtiramın ifadəsidir.

Vüqar İsayev “Konstitusiya və Suverenlik İli”nin dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsi, dövlət suverenliyinin daha da gücləndirilməsi məqsədi daşıdığını vurğulayaraq, istənilən xalq üçün müstəqil, suveren dövlətini yaratmaq və onu inkişaf etdirmək ən böyük nailiyyət olduğunu qeyd edib. Bildirib ki, 1990-cı illərin əvvəllərindən hərbi təcavüzlə üzləşən ölkəmizin ərazilərinin iyirmi faizinin işğal edilməsi ilə qarşı-qarşıya qaldığı zaman daxildə cərəyan edən mürəkkəb proseslər, vətəndaş qarşıdurması, anarxiya, ölkənin müstəqilliyi üçün yaranan təhdidlər onu göstərdi ki, ölkəni yaranmış ağır vəziyyətdən yalnız Ulu öndər Heydər Əliyev kimi güclü, prinsipial və iradəli lider xilas edə bilər. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli lider Heydər Əliyev xalqımızın tarixinə milli dövlətçiliyin xilaskarı kimi daxil oldu. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə mövcud olan xaos və ziddiyyətli proseslər bunu qeyri-mümkün etdi və yalnız Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Konstitusiyanın qəbulu mümkün oldu. Bu gün Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunub, ölkəmiz suverenliyini bərpa edib və bu il Möhtəşəm Zəfərimizin 5-ci ilini qeyd edəcəyik və Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması isə hər bir vətəndaşıın ümdə vəzifəsidir.

Sonra Toğanalı kənd ərazi partiya təşkilatının sədr müavini İlkin Rzayev məruzə ilə çıxış edib. Daha sonra Göygöl Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, QƏQİB Göygöl rayon filialının sədri Araz Abbasov, YAP Göygöl rayon təşkilatının məsləhətçisi Semur Əsgərov, fəal gənclərdən Faiq Məmmədovvə Raul Abbaszadəçıxış edərək bildiriblər ki, Azərbaycan özünü bölgənin ən güclü və qalib dövləti kimi təsdiqləyib. 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir hadisədir. İnanırıq ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçiriləcək tədbirlər cəmiyyətimizdə həmrəylik ovqatını daha da genişləndirəcək, 2025-ci il milli birlik və həmrəylik ilimizə çevriləcəkdir.

Tədbirin sonunda diskussiya şəraitində müzakirələr aparılıb, gənclərin fikir və təklifləri dinlənilib, rayonun ictimai-siyasi həyatında daha da fəal olmaları üçün onlara lazımi tövsiyələr verilib.

Digər xəbərlər