PDF Oxu

Siyasət

  • 1 395

Əli Əsədov Qətərin mədəniyyət naziri ilə görüşüb

image

Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 11-də Qətərin mədəniyyət naziri Abdülrəhman bin Həməd Al Tani ilə görüşüb. SİA-ya Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Azərbaycan-Qətər münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə olundu, xüsusilə mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğu bildirildi.Tərəflər dünən Bakıda açılan Qətər Mədəniyyəti Günlərinin əhəmiyyətinə toxunublar, tədbirin Qətər xalqının zəngin mədəni irsi və adət-ənənələri ilə yaxından tanış olmaq üçün Bakı sakinləri və paytaxt qonaqlarına gözəl fürsət yaratdığını diqqətə çatdırıblar.Eyni zamanda 2024-cü ildə Qətərin paytaxtı Doha şəhərində Azərbaycan Mədəniyyəti Günlərinin çox uğurla keçirildiyi xatırlandı. Bu cür tədbirlərin iki ölkənin xalqlarının daha da yaxınlaşmasına, dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verdiyi vurğulandı.Görüşdə Azərbaycan ilə Qətər arasında ticarət, investisiya, humanitar, mədəniyyət, turizm və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu.

Digər xəbərlər