PDF Oxu

Siyasət

  • 2 947

Bakı bu ölkəni İrəvanla sülhə mane olmaqda ittiham edir

Bakı bu ölkəni İrəvanla sülhə mane olmaqda ittiham edir

Bakı ilə İrəvan arasında sülhə nail olmaq üçün Fransa müdaxiləni dayandırmalıdır. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə X sosial şəbəkəsində bildirib.

…Sülh müqaviləsinin imzalanması və davamlı sabitliyin təmin edilməsi üçün əsas məsələlərin, xüsusilə Ermənistanın konstitusion ərazi iddialarının həll edilməsi və sabitliyi pozan xarici müdaxilələrə, o cümlədən Fransanın müdaxiləsinə son qoyulmalıdır, - XİN-in rəsmi nümayəndəsi tələb edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Fransanın Ermənistanı "öldürücü silah"la təmin etdiyini vurğulayıb.

O, həmçinin Parisi uzun müddətdir mövcud olan anti-Azərbaycan mövqeyində ittiham edib.

Əli Babayev

Digər xəbərlər