Tarixin müxtəlif dövrlərində vəhşi toplumlar, imperalist dövlətlər olub və onlar başqa xalqların ərazilərini işğal edib, kütləvi qətliamlar törədib, miqyaslı dəhşətlər yaradan dağıntılar törədiblər. Ancaq araşdırmalar əsasında faktlar sübut edir ki, bəşəriyyət tarixində ən vəhşi və qaniçən toplum ermənilərdir. Çünki bu vəhşi toplum yalnız insanları öldürmür, həm də şəhərləri, kənd və qəsəbələri viran qoymaqla yanaşı, təbiəti böyük dağıntılara məruz qoyurlar. Bu baxımdan haqlı olaraq tərəqqipərvər xalqlar erməniləri insanlıq üçün ən vəhşi toplum hesab edir və bunu öz dillərində kitablara salır, rəsm əsərlərində əks etdirir, yetişməkdə olan gənclərinə çatdırırlar. Fransız səyyahı qraf De-Şolye Fransanın indiki oyuncaq rəhbəri E.Makrondan fərqli olaraq öz xatirələrində yazırdı ki, “mən ermənilərlə heç zaman dil tapa bilmədim. Onların hiyləgərliyi olduqca iyrənc, alçaqlığı olduqca dözülməz, əclaflığı olduqca təəssüfləndiricidir”.
Polkovnik-leytenant Qryaznov isə 1915-ci ildə Ərzincandakı qırğınlar haqqında raportunda insanlığı dəhşətə gətirən faktlar sadalanır: “Kəndlərə aparılan yollara müsəlman kəndlilərinin süngüyə keçirilmiş meyitləri, kəsilmiş bədən hissələri və dağılıb tökülmüş daxili orqanları səpələnmişdi… Əsasən qadınlar və uşaqlar! Hakimlər və sahibkarlar qətlləri təşkil etmiş, erməni ordusu onu yerinə yetirmişdir. Dərin quyular qazılmış və köməksiz insanlar heyvan kimi kəsilərək bir-birinin ardınca quyulara atılmışdır. Qətllər üçün məsuliyyət daşıyan ermənilər bir evə səksən nəfər müsəlman doldurur, sonra isə onların başlarını kəsirdi.
Erməni terroru harada peyda olursa-orada insanlıq məhv olur, şəhər və qəsəbələr yerlə- yeksan olur, tarixi mədəniyyət nümunələri sıradan çıxır. Təkcə Azərbaycan əhalisi dörd dəfə -1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə erməni terrorunun qurbanı olub və nəticədə 2 milyondan çox insan həyatını itirib, sağlamlığından məhrum olunub. 1918-ci ilin mart qırğınları isə xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli səhifələrindəndir. Martın 30-u, 31-i və aprelin 1-də ermənilər bolşevik Rusiyanın hərbi yardımı ilə təkcə Bakıda 15 min azərbaycanlını qətlə yetiriblər. Erməni vəhşiləri Bakıda, Şamaxıda, Qubada, Xaçmazda, Ağsuda, Kürdəmirdə, Salyanda, 50 mindən çox soydaşımızın həyatına son qoydular. Şamaxı qəzasında 58, Quba qəzasında 112, Gəncə quberniyasında 272, İrəvan quberniyasında 211, Qars vilayətində 82 yaşayış məntəqəsi, yerlə-yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, bir milyondan çox soydaşımız tarixi-etnik torpaqlarından didərgin salınmışdır. Ümummilli Liderimiz Heydər Əliyev əsaslı olaraq tarixi çıxışlarında qeyd edirdi ki, ermənilərin torpaqlarımızda törətdiyi soyqırımılar kütləvi nəşrlərdə və informasiya vasitələrində daim əks olunmalı və geniş formada dünya birliyinə çatdırılmalıdır: “Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir”.
Rus diplomatı general Mayevski “Ermənilərin törətdiyi kütləvi qırğınlar” kitabında qeyd edir ki, zərərli təsirlər nəticəsində yaratdığı illüziyanın müdafiəsi üçün qanlı fədakarlığa hazır olan qudurğan, inadkar erməni gəncləri yetişir: “Ali məktəbdən tutmuş lap adicə ibtidai məktəblərə qədər bütün erməni məktəbləri Avropa paytaxtlarında ifrat dərəcəyə çatdırılmış erməni təbliğatçılarının qızğın fəaliyyət meydanına çevrilmişdi. Vətənpərvərlik mədhiyyə və mahnıları, kəskin satira və təmsillər müəllimlər mühitindən yeniyetmələrin odlu qəlbinə düşürdü, onlarda müsəlmanların mənfur hakimiyyətinə qarşı qəzəb, kin-küdurət hissini heç kimə məlum olmayan gələcəyin fantastik illüziyalarının bütöv bir silsiləsini alovlandırırdı. Beləliklə, ən qısa bir vaxt (3-4 il) ərzində onların yaratdığı illüziyanın müdafiəsi üçün qanlı fədakarlığa hazır olan qudurğan, inadkar gənclər yarandı…"
Dünyanın ən vəhşi toplumu ermənilərdir
Bu və digər faktlara istinadən dünyanın ən vəhşi və vandal toplumunun ermənilərdən ibarət olduğunu desək səhv etmərik. Ermənilər o dərəcə vəhşi və idarəolunmaz terror əməlinə malik toplumdur ki, sovetlər dönəmində belə öz məkrli niyyətlərindən və məqsədlərindən əl çəkməmişlər. Hətta İkinci dünya müharibəsindən qısa müddət sonra yaralar sağalmamış, daxili problemlər aradan qaldırılmamış erməni kilsəsi sovet rəhbərliyindən, xüsusilə də İosif Stalindən Azərbaycanın tarixi torpaqlarından onlara yeni ərazilərin verilməsi tələbi ilə müraciət etmişlər. 1945-ci il aprelin 19-da bütün ermənilərin VI katolikosu, arxiyepiskop Gevorq Çeorekçiyan SSRİ dövlətinin rəhbəri İ.Stalinə 11 bənddən ibarət ərizə ilə müraciət edir və onunla görüşür. Bu görüş zamanı İ.Stalin katolikosa xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR-ə köçməyə və bundan əlavə Türkiyə Cümhuriyyətindən qondarma “Qərbi Ermənistan” adlanan torpaqların geri alınacağını söyləyir. Katolikosun ərizəsinin üstünə “Razıyam. Xalq Komissarları Sovetinin sədri İosif Stalin. 19.04.1945-ci il” dərkənarını qoyur. Nəticə etibarı ilə 945-ci il noyabrın 21-də SSRİ XKS-ti “Sovet Ermənistana xarici ölkələrdən qaytarılmaları ilə bağlı tədbirlər” haqqında 2947 saylı qətnamə qəbul edir. Bu qərarı alan Ermənistan SSR rəhbəri G.Arutinov İ.V.Stalinə Azərbaycanın qala qapısı, ulularımız qurucusu, məskən yeri olan Qarabağın Ermənistan SSR tərkibinə verilməsi ilə bağlı ona məktubla müraciət edir.İ.V.Stalin məktubu G.M.Malenkova ünvanlayır və məsələni Azərbaycan SSR rəhbəri M.C.Bağırovla müzakirə etməyi tapşırır. 1945-ci il noyabrın 28-də UİK(b)P MK-nın katibi G.M.Malenkov Azərbaycan KP(b)P MK-nın birinci katibi M.C.Bağırova teleqram vurur. A.Arutyunovun məktub-layihəsindəki dəlilləri alt-üst edən M.C.Bağırov bildirir ki, əgər ermənilərin əsas götürdükləri səbəbə görə Yuxarı Qarabağın Ermənistana verilməsi məqbul sayılırsa, nə olar, qoy DQMV-nin Şuşa rayonu istisna olunmaqla ərazisi Ermənistana verilsin. Ancaq bir şərtlə azərbaycanlıların yaşadığı Vedi, Qarabağlar və Yeğeqnadzor rayonları Naxçıvana birləşdirilsin, habelə, vaxtilə Gürcüstana və Dağıstana verilən Azərbaycan torpaqları geri qaytarılsın.
Ermənilərə vurulan sərt şapalaq, sadəcə 43 il kifayət etdi
M.C.Bağırovun tutarlı tələbi qarşısında aciz qalan ermənilər iddialarından geri çəkilir. Bununla belə ermənilər 1946-cı il oktyabrın 19-da SSRİ Ali Soveti Rəyasət Heyətinin xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSRİ ərazisinə köçürülməsi ilə bağlı “Xarici ölkələrdən vətənləri Sovet Ermənistanına qayıdan milliyətcə erməni olan şəxslərin SSRİ vətəndaşlığı almaq qaydaları haqqında” adlı qərarın verilməsinə nail oldular. Məhz xaricdən bölgəyə köçürülən ermənilər 1988-89-cu illərdə Azərbaycana qarşı terror aktları həyata keçirməyə başladılar. Əsrlərlə öz tarixi torpaqlarında yaşamış 250 mindən çox azərbaycanlı dədə-baba torpaqlarından zorla deportasiya edilmişdir. Deportasiya zamanı 225 nəfər qətlə yetirilmiş, 300 nəfər müxtəlif bədən xəsarətləri almış, 2000-ə yaxın azərbaycanlı türklərinin yaşadıqları kəndlər boşaldılmış, azərbaycanlılara məxsus tarixi mədəni abidələr və qəbiristanlıqlar dağıdılmış, tarixi-coğrafi adlar dəyişdirilmiş, insanların mülkləri və şəxsi əşyaları əvəzsiz mənimsənilmişdir. Ermənilər vəhşi əməlləri ilə beynəlxalq sənədlərin müddəalarını kobudluqla pozmuşlar: BMT Nizamnaməsi; “İnsan Hüquqlarının Ümumi Bəyannaməsi” (1948); «İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası (1950); Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Pakt (1966); “Dini əqidə əsasmda diskriminasiya və dözülməzliyin bütün formalarının ləğv edilməsi haqqında” Bəyannamə (1986); “Hərbi cinayətlər və bəşəriyyət əleyhinə olan müddət tarixinin tətbiq edilməməsi haqqında” Konvensiya (1968) və s. Beynəlxalq qanunları erməni toplumu kobud şəkildə pozaraq azərbaycanlıları öz doğma yurd yuvalarından didərgin salmışlar. Bununla kifayətlənməyib Qarabağa qarşıda iddialar irəli sürmüş və xaricdəki himayədarlarından hərbi - siyasi dəstək almaqla ərazidə yaşayan dinc insanlara qarşı görünməmiş vəhşiliklər törətmişlər. Halbuki bu ərazilərdə yaşayan əhalinin, bir neçə kənd istisna olmaqla, bütünlükdə azərbaycanlılardan ibarət olub. 1923- cü ilə qədər, yəni Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılana qədər Dizax, Vərəndə, Çiləbird, Xaçın, Talış məlikliyi Xəmsə adlanırdı. Qarabağ xalçası, Qarabağ geyim növləri, əltikmə işləri nəinki Azərbaycanda, hətta bütün Şərq ölkələrində tanınmışdı və yüksək qiymətləndirilirdi. Qarabağda özünəməxsus çəki və ölçü vahidi mövcud idi. Qarabağ şairlərini birləşdirən Məclisi-üns və Məclisi-fəramuşan öz üslubu ilə seçilirdi. Qarabağ musiqi məktəbi isə, hətta bütün Şərqdə məşhur idi. Pənahəli xanın Qarabağın paytaxtı olaraq tikdirdiyi (1750-1757) Şuşa Zaqafqaziyanın konservatoriyası hesab olunmuşdur. XVIII əsrin sonları - XIX əsrin başlanğıcında Rusiyanın Cənubi Qafqazda, o cümlədən, Azərbaycanda işğalçılıq fəaliyyəti gücləndi. İbrahim xan Rusiya qoşunlarının komandanı R.D. Sisianovla (1802-1806) Kürəkçayda müqavilə bağladı. Kürəkçay müqaviləsinə əsasən, Qarabağ xanlığı məhz müsəlman - Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olundu. Tarixi reallığı əks etdirən Kürəkçay müqaviləsi Qarabağın Azərbaycan xalqına məxsus olduğunu sübut edən ən mötəbər sənəddir.
Çirkin və məkrli siyasətə “Dəmir yumruq”la cavab verildi
Azərbaycanın tarixi torpaqlarının ermənilər tərəfindən işğalında Rusiya, fars-molla rejiminin və Avropadakı ermənipərəst dairələrinin hərbi, siyasi dəstəyi olmuşdur. Şuşanın ermənilər tərəfindən işğalında birbaşa fars-molla rejiminin rolu ilə bağlı ciddi faktlar mövcuddur. Fars-molla rejimi o zaman guya “müsəlman maraqların”dan çıxış etdiyini göstərir və Azərbaycan Respublikasının Milli Məclisinin sədri, eləcə də prezident səlahiyyətlərini icra etmiş Yaqub Məmmədovu Tehrana dəvət etmişdir. Guya Tehran rejimi Ermənistan prezidenti Ter Petrosyanla Yaqub Məmmədov arasında cəbhədə atəşkəsə nail olunması ilə bağlı müqavilə imzalanmalı idi. Boşluqdan və rəhbərliyin ölkədə olmamasından istifadə edən erməni terror dəstələri Şuşanı işğal etdilər. Sonradan aydın oldu ki, molla rejimi Yaqub Məmmədovu aldadaraq Tehrana aparıb və ermənilər də asanlıqla Şuşanı işğal etdilər. Fars molla rejiminin məkrli fəaliyyəti bununla yekunlaşmır. 20 noyabr 1991-ci ildə Qarakənd səmasında Azərbaycanın yüksək dövlət rəsmilərinin və Rusiya hərbçilərinin olduğu vertolyotun vurulmasında da fars-molla rejiminin əlinin olduğu sübuta yetirilir. Mövcud faktlara və sübutlara görə terror aktını törədən 17 nəfərdən dördü SEPAH-ın əməkdaşı olub. Həmin terror aktını törədən şəxsləri hadisəni törətdikdən sonra molla rejiminin xüsusi xidmət orqanlarının yardımı ilə Tehrana oradan isə Kanadaya, bəziləri isə Livana qaçırılmışlar.
Bəzi dövlətlər zahirən özlərini dost ölkə kimi göstərsələr də, əslində, Azərbaycanın dünyada artan gücü, yüksələn iqtisadi potensialı onları narahat edir. Onlar həm də Azərbaycanın sabit, sakit dövlət olmasından, milli birliyin, vəhdətin sarsılmazlığından ciddi şəkildə təşviş keçirirlər. Ona görə də hər cür iyrənc vasitərdən istifadə etməklə Azərbaycanın uğurlarına kölgə salmağa çalışırlar. Lakin bütün çirkin və məkrli siyasətə baxmayaraq Azərbaycan xalqı LİDERİ, Fateh Sərkərdə, Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə 44 günlük Vətən Müharibəsi ilə erməni işğalına son qoyub, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu gün Azərbaycan əraziləri rahat nəfəs alır. Bölgədə separatizmə son qoyulması ilə genişmiqyaslı quruculuq, təmir, tikinti işləri həyata keçirilir. İnsanlarımız doğma yurd-yuvalarına qayıtmaqla bölgəni daha da inkişaf etdirir, gözəlləşdirir və əsrarəngiz diyara çevirirlər.
İLHAM ƏLİYEV