PDF Oxu

Siyasət

  • 591

“Konstitusiya və Suverenlik İli” - FOTOLAR

image

Tədbirdə YAP Yasamal rayon təşkialtının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru, YAP Yasamal rayon “A.M.Şərifzadə küç. 762" ünvanı üzrə (Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası) ərazi partiya təşkilatının sədri Elviz Qasımov, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Sahib Hüseynov və ərazi üzrə partiyanın üzvləri iştirak edib.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarını salamlayaraq giriş nitqi ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması, Azərbaycanın hüquqi və siyasi kimliyinə verilmiş strateji dəyərin göstəricisidir. Bu qərar müstəqillik tariximizin konstitusion əsaslarına və milli iradənin təntənəsinə söykənir. 1995-ci ildə qəbul edilən Konstitusiya, hüquqi dövlətçiliyin sütunu kimi formalaşdı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış bu ali sənəd xalq hakimiyyətinin, qanunun aliliyinin və insan hüquqlarının təminatına çevrildi. O, Azərbaycanın suveren inkişaf modelinə hüquqi istiqamət verdi və siyasi sabitlik üçün dayanıqlı baza yaratdı. Bu gün Prezident İlham Əliyev bu siyasi xətti uğurla davam etdirir, dövlət suverenliyini həm daxildə, həm də beynəlxalq müstəvidə möhkəmləndirir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Qələbələr konstitusion hüquqlarımızın real zəfərə çevrilməsinin simvoludur. Ərazi bütövlüyümüzün tam bərpası ilə Azərbaycan öz suverenliyini istisnasız olaraq təmin etmişdir. Bu, yalnız hərbi yox, siyasi, hüquqi və diplomatik uğurun nəticəsidir. 2025-ci il – hüquqi dövlətçiliyin dərinləşdirilməsi, müasir suverenlik anlayışının milli təfəkkürdə möhkəmləndirilməsi dövrüdür. Konstitusiya – dövlətin hüquqi ruhu, Suverenlik – bu ruhun reallıqda təzahürüdür. Bu iki amil Azərbaycanın sabitliyini və gələcəyini təmin edən əsas sütunlardır.

Çıxış edən Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru, YAP Yasamal rayon “A.M.Şərifzadə küç. 762" ünvanı üzrə (Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası) ərazi partiya təşkilatının sədri Elviz Qasımov, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Sahib Hüseynov və digər çıxış edənlər qeyd ediblər ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” olması təsadüfi deyil. Bu, hüquqi dövlətçiliyin və siyasi müstəqilliyin inkişafına verilmiş ali qiymətdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən Konstitusiya müasir Azərbaycanın hüquqi-siyasi əsaslarını formalaşdırdı. O sənəd milli iradəni hüquqa, azadlığı dövlətçiliyə çevirdi, Qanunun aliliyini və vətəndaş cəmiyyətini önə çıxardı. Prezident İlham Əliyev bu hüquqi mirası müasir strateji baxışla inkişaf etdirir, suverenliyi həm regional, həm qlobal müstəvidə uğurla təmin edir. Bu il, tarix və hüququn sintez olunduğu bir çağırış dövrüdür, Azərbaycanın gələcəyinə hüquqi zəmanət və siyasi inam ilidir.

Sonra “A.M.Şərifzadə küç. 762" ünvanında yerləşən (Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası) yerləşən ərazi partiya təşkilatında təşkilati məsələlərə baxılıb və yekdilliklə ərazi partiya təşkilatının sədr müavini vəzifəsinə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkimi Naidə İbadova seçilib. Naidə İbadova öz növbəsində ərazi partiya təşkilatının üzvləri tərəfindən göstərilən etimada görə minnətdarlıqlarını bildirərək həmin etimada layiq olacaqlarını ifadə edib.

Digər xəbərlər