PDF Oxu

Siyasət

  • 533

Görkəmli alim, xeyirxah insan, qayğıkeş ana ŞƏRH

image

Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademi­yasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-pro­filaktika fakültəsini bitirmiş və Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İns­titutunda oftalmologiya üzrə ixtisaslaş­dırma kursu keçmişdir. 1953-cü ildə aspiranturanı bitirdikdən sonra 1957-ci ilədək Azərbaycan Elmi–Tədqiqat Of­talmologiya İnstitutunda elmi işçi, bö­yük elmi işçi, 1967-ci ildən isə Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstə­likləri kafedrasının dosenti, professor, görmə orqanının peşə patologiyası la­boratoriyasının və oftalmologiya kafed­rasının müdiri vəzifələrin­də çalışmışdır.

Zərifə xanım Əliyevanın İllər boyu apardığı müşahidələ­rin, klinik tədqiqatların və təcrübələ­rin nəticələri “Azərbaycanın bir sıra kimya müəs­sisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dis­sertasiyasının əsasını təşkil etmişdir. O, elmi işini dünyada ən məşhur of­talmologiya mərkəzlərinin birində – H.Helmqolts adına Moskva Göz Xəstə­likləri Elmi-Tədqiqat İnstitutunda mü­dafiə edərək, 1977-ci ildə tibb elmləri doktoru alimlik dərəcəsi almışdır.

Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri ölçüyə­gəlməz olan Zərifə xanım vaxtilə Azər­baycanda geniş yayılmış traxomanın, xüsusilə, kimya və elektron səna­yelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktika­sı və müalicəsinə, habelə oftalmologi­yanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparmışdır. Eyni zamanda, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi na­dir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi idi.

Zərifə xanımın fitri istedada ma­lik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdi­yi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün nümunə olan yüksək mənəvi keyfiy­yətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılmış və bundan sonra da yazılacaqdır. Zərifə xanım Əliye­vanın zəngin elmi irsi, oftalmologiya­nın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, ya­ratdığı fundamental əsərlər Azərbay­can tibb elminin parlaq səhifələridir.

Görkəmli alimin elmi fəaliyyətinin əsas istiqamətlərindən biri də peşə of­talmologiyasına həsr edilmişdir. Alim dünyada ilk dəfə olaraq görmə orqa­nının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktiki olaraq elm aləmində yeni bir istiqamətin – “peşə oftalmologiyası”nın əsasını qoymuşdur. Oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənil­məsi Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatla­rı alimə böyük şöhrət gətirmiş və onu dünya oftalmologiyası məkanında məşhurlaşdırmışdır.

Zərifə xanım Əliyeva bü­tün bilik və bacarığını xalqa xidmətə sərf etmişdir. Əziz Əliyevin ailəsində dün­yaya göz açan görkəmli dövlət və elm xadimi valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan idi. O, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyə­tin– ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dos­tu və etibarlı silahdaşı olmuşdur.

Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında deyirdi "Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur. Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini qazanan, bu dünyayla vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur. Elə o da öz adını tarixin səhifələrində əbədiləşdirən, xatirələrdə hər zaman hörmətlə anılan, sayğı ilə yada salınan unudulmaz şəxsiyyətlərdən oldu. Çünki böyük Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi".

1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbi­ristanlığından Bakıya gətirilərək Fəxri xiyabanda, atasının məzarı yanında dəfn olunmuşdur. Görkəmli alim, xeyirxah insan, qayğıkeş ananın adı­nın xalqımızın yaddaşında əbədi həkk olunması bu gün hər bir azərbaycanlı üçün təsəllidir.

Çingiz İbrahimov

YAP Göyçay rayon təşkilatının əməkdaşı

Digər xəbərlər