PDF Oxu

Siyasət

  • 1 470

Qədim ənənələrimiz gələcəyimizə mirasdır"

image

Şəmkirdə “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar “Qədim ənənələrimiz gələcəyimizə mirasdır” adlı dəyirmi masa keçirilib.Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı, idarə müəsissə, təşkilat rəhbərləri, ərazi partiya təşkilat sədrləri və partiya fəalları iştirak etdilər.

Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Çıxış edən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı bildirib ki, 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması ilə ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasının qoyuldu.
S.Zeynallı qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik ili” elan edilməsi, ölkəmizin hüquqi dövlət quruculuğu sahəsində və suverenliyin daha da möhkəmləndirilməsi istiqamətində atılan addımların davamı kimi mühüm əhəmiyyət daşıyır: “Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində əldə edilmiş Zəfər və 2023-cü ilin sentyabrında uğurla həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir. Əsrlər boyu başına bəlalar gətirilmiş, yadelli işğalçıların hücumlarına məruz qalmış Azərbaycan xalqı indi tarixinin ən xoş çağlarını yaşayır”.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxışında Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra çətin sınaqlardan keçdiyini, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizin böyük inkişaf yoluna qədəm qoyduğunu qeyd edib. Həmçinin, Ulu Öndərin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən ilk Konstitusiyanın ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğuna baza yaratdığı vurğulanıb.
Tədbirdə çıxış edən digər natiqlər bildiriblər ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində həm Konstitusiyanın qəbul edilməsinin 30 illiyi, həm də Vətən müharibəsində əldə etdiyimiz qələbənin 5-ci ildönümü qeyd olunacaq.

Digər xəbərlər