PDF Oxu

Siyasət

  • 1 095

Ağstafa rayonunda şəhidlərin ildönümündə və doğum günündə xatirəsi anılıb

image

Ağstafalı şəhid Bayramov İlkin Bayram oğlunun ildönümü, Vətən müharibəsi şəhidi Hüseynli Əliheydər Səlahəddin doğum günü münasibətilə məzarları ziyarət edilib, önünə gül dəstələri düzərək, əziz xatirələri böyük ehtiramla yad olunub. Şəhidlərimizin ailə üzvlərinin də iştirak etdiyi mərasimdə şəhidlərimizin ruhuna dualar oxunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində şəhidlərimizlə eyni məzarlıqda uyuyan digər Vətən müharibəsi şəhidlərinin də məzarları ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirələri ehtiramla anılıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər