Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Xankəndi və Şuşa şəhərlərinə səfəri başlayıb. SİA xəbər verir ki, nümayəndə heyətini Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.Nümayəndə heyəti əvvəlcə Füzuli Beynəlxalq Hava Limanına gəlib. Sonra diplomatik korpusun nümayəndələri Xankəndi şəhərinə səfər edəcək, Qarabağ Universitetinin tələbələri ilə görüşəcəklər. Xankəndi şəhəri ilə tanışlıqdan sonra xarici korpusun nümayəndələri Şuşaya şəhərinə səfər edəcək və orada aparılan abadlıq-quruculuq işləri ilə tanış olacaqlar.